Eliçka Ananyanın iqtisadi müstəqilliyə doğru atdığı ilk addımlar
Bolnisi bələdiyyəsinin Xaçın kənd sakini Eliçka Ananyan 3 il bundan əvvəl ilk dəfə evdən çıxmağa cəsarət edib – ona qədər ictimai stereotiplərdən və öz imkanlarını tanımaqdan qorxurdu. Fiziki imkanları məhdud şəxsin müstəqilliyə tələsməsi Bolnisinin Böyüklər üçün Təhsil Mərkəzində sənət öyrənməsi ilə başlayıb və tezliklə kiçik biznesə çevrilib. Manikür-pedikür kurslarını Avropa İttifaqının maliyyə dəstəyi ilə keçə bilib.
Həftədə iki dəfə anası ilə bərabər kənddən Bolnisiyə tədris kurslarına gedib və hər gün daha çox əmin olub ki, mümkün olmayan heç nə yoxdur. Öyrənmək yalnız yeni bacarıqlar qazanmaq deyildi – bu addım onun müstəqilliyinə, öz bacarıqlarının real istifadəsinə yönəlmiş yola çevrilmişdi.

“Birinci qrup əliləm, ali təhsil almışam. Amma mənim üçün niyəsə heç yerdə iş tapılmadı. Evdə idim, şlak kurslarını keçənə qədər heç yerə çıxmırdım. Niyəsə qorxurdum, evdən çıxmağa utanırdım. Düşünürdüm ki, başqaları nə deyəcək, amma bunların hamısını aşdım və başa düşdüm ki, mübarizə aparmalıyam. Mən də insanam və işləmək istəyirəm. Şlak kurslarına ona görə getdim ki, bu mənə evdən çıxmağa çox kömək etdi, bir ailəyə çevrildik və böyük sevinclə hər həftənin iki gününü gözləyirdim”, – Eliçka Ananyan bildirir.


Eliçka Ananyan ev şəraitində, 20 lariyə şlak edir. Müştəriləri çox deyil. O, düşünür ki, insanlar evə gəlməyə çəkinirlər. Onun arzusu özünün estetik mərkəzini açmaqdır. O, kənddə yaşayan qadınları işlə təmin edəcək və onlara müstəqillik üçün necə mübarizə aparmalı olduqlarına, öz arzularından imtina etməməyə dair nümunə olacaq.

“Çox istəyirəm ki, öz mərkəzim olanda yerli qadınları işlə təmin edim. Bizim kənddə işsiz qadınlar çoxdur. Yalnız məktəbdə və icra hakimiyyətində işləyirlər, elementar olaraq bağçamız da yoxdur ki, kimsə işləsin. Ona görə də öz salonumun olmasını istəyirəm ki, qadınları işlə təmin edim. İstəyirəm, manikür-pedikür üçün bir yer mənim, bir yer epilyasiya, biri isə saç kəsimi üçün olsun. Evdə işləmək çox çətindir. Müştərilər evə gəlməyə çəkinirlər. Ona görə də öz salonumu açmaq istəyirəm ki, heç kim mane olmasın”, – Eliçka bildirir.

Eliçkanın planlarına şəxsi biznesini genişləndirmək də daxildir. Bir neçə yeni avadanlıq almaq istəyir. Ancaq buna imkanı çatmır. O, maddi dəstək üçün Bolnisi meriyasına müraciət edib, amma büdcədən vəsait ayırıb-ayırmayacaqları hələ məlum deyil.

“Cavab gözləyirəm, dedilər, hələlik büdcədə pul yoxdur, gözləyin. Mən də gözləyirəm, görək, nə olacaq. Peşəkar sterilizasiya aparatı və başqa texnika almaq istəyirəm. 1000 larilik vəsaitlə bağlı müraciət etmişəm”, – o, bildirir.

Eliçka Ananyan kimi Bolnisi Böyüklər Mərkəzində bir çox qadınlar maddi müstəqillik üçün mübarizə aparıb. Mərkəzin rəhbəri İrma Zurabaşvilinin sözlərinə görə, Eliçka Ananyan çox çətinliklərə qalib gələn və məqsədinə nail olmağa addım-addım çalışanlardan biridir.

"Avropa Birliyinin dəstəyi ilə insanlara bazarda tələb olunan peşələri öyrəndikləri qısamüddətli peşə kursları təklif etdik. Kəsim və tikiş, gel-lak və sosial media menecmenti. Qadınlar peşə təhsili almaqla yanaşı, həm iş tapmaqda, həm də öz bizneslərini qurmaqda onlara kömək edəcək bacarıqlar əldə etmək imkanı qazandılar. Məzunların sözlərinə görə, öz gəlirlərinə sahib olduqları üçün özlərini daha müstəqil, yeni bacarıqlar əldə etmək və ictimai həyatda fəal iştirak etmək üçün daha motivasiyalı hiss etdilər",
– İrma Zurabişvili bildirir.

Eliçka Ananyanın hekayəsi təhsilin, dəstəyin və əlçatan peşə proqramlarının, xüsusən də bölgələrdə fiziki imkanları məhdud olan şəxslər və qadınlar üçün nə qədər vacib ola biləcəyini göstərir. Onun təcrübəsi peşə təhsili və bacarıqların inkişafının birbaşa iqtisadi müstəqillik və sosial inteqrasiya ilə əlaqəli olduğunu təsdiqləyən beynəlxalq tədqiqatların nəticəsinə uyğun gəlir. BMT-nin Qadın Təşkilatının hesabatına görə, fiziki imkanları məhdud olan qadınlar həyatın bir çox aspektində, o cümlədən təhsil, məşğulluq, səhiyyə və informasiyaya əlçatanlıq da daxil olmaqla, onlar haqqında mənfi təsəvvürlərlə geniş yayılmış marjinallaşma ilə qarşılaşırlar. Fiziki imkanları məhdud olan şəxslər çox vaxt daha aşağı iqtisadi və sosial statusa malik kimi qəbul edilirlər. Eyni zamanda, onlar hər cür zorakılığa məruz qalma riski ilə qarşı-qarşıyadırlar.

Beynəlxalq öhdəliklərin tanınmasına və milli qanunvericiliyin təkmilləşdirilməsinə baxmayaraq, fiziki imkanları məhdud olan şəxslər üçün sosial inteqrasiya və bərabərliyin təmin edilməsində kifayət qədər irəliləyişin olmaması Gürcüstanın Xalq Müdafiəçisinin son hesabatında da sübut olunur. Hesabata əsasən, fiziki imkanları məhdud olan şəxslər hüquqlarının tam şəkildə həyata keçirilməsi üçün dövlətin inklüziv siyasətlərin yaradılmasını, infrastruktur və xidmətlərin əlçatanlığını, məşğulluğun təşviqini, ictimai məlumatlılığın artırılmasını, dövlətin indiyə qədər effektiv şəkildə təmin edə bilmədiyi stiqmanın azaldılmasını təmin etməsi vacibdir.

BMT Qadın Təşkilatının apardığı araşdırmaya görə, fiziki imkanları məhdud olan şəxslərin əmək bazarında iştirakı (kişilər - 22,6 faiz, qadınlar - 21,9 faiz) və onların məşğulluq səviyyəsi (kişilər - təxminən 15,8 faiz, qadınlar - 14,8 faiz) ümumi əhaliyə nisbətən xeyli aşağıdır.

Fiziki imkanları məhdud olan şəxslərə imkanları məhdud olmayan şəxslərə nisbətən xeyli az maaş verilir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google