Qabalda təbii fəlakətin 75-ci günü: Əhali deyir ki, dövlətin yardımı yenə də vəd olaraq qalır
Qabal çayının daşması nəticəsində zərər çəkmiş vətəndaşlar artıq 75 gündür ki, təbii fəlakətin nəticələri ilə mübarizə aparırlar. Yenə də evləri təmizləməyə, əkin sahələrini təbii fəlakətə qədər olan vəziyyətə qaytarmağa çalışırlar.

27-28 sentyabr tarixlərində Laqodexi bələdiyyəsinin Qabal icmasında çayın daşması nəticəsində onlarla ailəyə ziyan dəyib. Mal-qara məhv oldu, evlər palçıqla dolub, yol və əhalinin hasarlarına ziyan dəyib.
Gəncəli kənd sakinlərinin əksəriyyəti təbii fəlakətdən dəymiş ziyanla hələ də mübarizə aparır.


Təbii fəlakət nəticəsində ən çox Qabal icmasının Gəncəli kənd sakinləri zərər çəkib – məişət texnikaları məhv olub, avtomobilləri və traktorları su aparıb, bəzi evlərdə köhnə, bəzisində isə yeni təmir də suya batıb.

“Evimdən heç nə qalmadı. Bütün palçıq içindəyəm. Hər şeyi kreditlə aldım, baxın, hamısı xarab oldu. Bilmirəm, nə edim”, – 29 sentyabrda Gəncəli kənd sakini Şükrü Teymurazov bildirmişdi.

Teymurazovlar ailəsi təbii fəlakətdən zərər çəkmiş digər Gəncəli kənd sakinləri kimi yenidən təkbaşına təbii fəlakətin vurduğu ziyanla mübarizə aparmağa çalışırlar. Onların evinə ziyan dəyməsindən və bir neçə gün qonşunun evində qalmalarından əlavə, onlar yenə də banka borc ödəməlidirlər. Onlar deyirlər ki, kreditlərinin vaxtını uzatmayıblar.

Gəncəlidə təbii fəlakətdən təxminən 10 gün sonra kənd müvəkkili Ramiz Əmirov əhalidən imza toplayıb. Vətəndaşlara deyiblər ki, imzanı onlara dəymiş ziyanın ödənməsi üçün toplayırlar, amma Gəncəli sakinləri Laqodexi meriyasından hələ də heç bir pul yardımı almayıblar.

“Marneuli” radiosu müvəkillə müsahibə yazmağa cəhd etdi. Onun kəndin mərkəzində, Ədliyyə Evi binasında yerləşən ofisinə getdik. Ramiz Əmirov şəxsi söhbət zamanı bildirdi ki, həqiqətən də kənd əhalisindən imza toplayıb, eləcə də maddi yardımın olub-olmayacağı, yaxud nə vaxt olacağı barədə məlumatı yoxdur. Amma rəsmi müsahibə vermək istəmədi – dedi ki, xəstələnib və müsahibə verə bilmir.

4 dekabr tarixində Laqodexi meriyasından aldığımız məlumata görə, Gəncəli kəndində suvarma kanalları və yolların qurulması işləri aparılır. Amma məktubda bizim digər bir sualımıza cavab yoxdur. Sualımız belə idi – Qabal icmasının əhalisi ziyanın qarşılanması üçün maddi yardım alacaqmı, alçaqsa, nə vaxt alacaq?

“Gəncəli kəndinə hazırda 16-cı küçənn tam bərpası (asfalt qatı, suvarma kanal, su quyuları, əkin sahələrinin girişləri) həyata keçirilir. Qeyd olunan layihə planlaşdırılıb və təbii fəlakətə qədər tikinti təşkilatı ilə müqavilə bağlanıb. Tikinti/bərpa işləri 2025-2026-cı ildə həyata keçirilməlidir. Layihənin ümumi dəyəri 1 350 092 lari təşkil edir”,
– Laqodexi meriyasının göndərdiyi məktubda qeyd olunub.

Laqodexi meriyasının açıqlamasına görə, hazırda kəndlərdə təbii fəlakət nəticəsində zərərçəkmiş infrastrukturun bərpası/qurulması işlərinin həyata keçirilməsi məqsədilə smeta sənədləri hazırlanır. Meriyanın məlumatına əsasən, layihənin təxmini ümumi dəyəri 5 330 000 lari təşkil edir. Ancaq sahilbərkitmə və tikinti/bərpa işləri kifayət qədər genişhəcmli olduğuna və maddi resurs tələb etdiyinə görə bələdiyyə Gürcüstan hökumətinə xahişlə müraciət edib ki, Laqodexi bələdiyyəsinə müvafiq məbləğ ayırsın, təbii fəlakətin nəticələrinin aradan qaldırılması tədbirləri həyata keçirilsin.

Artıq həyata keçirilmiş və planlaşdırılmış infrastruktur layihələrinə baxmayaraq Gəncəli əhalisi yenidən meriyanın cavabını və fəaliyyətini gözləyir ki, 27-28 sentyabrda Qabal çayının daşması nəticəsində əhaliyə dəymiş ziyan ödənəcək, ya yox.

Laqodexi meriyasına rəsmi məktubla müraciət etdik və əhali və banklar arasında vsaitəçiliyi nəzərdə tutub-tutmadıqlarını, əhaliyə maddi yardım göstərib-göstərməyəcəklərini soruşduq. Laqodexi meriyası hələ də suallarımızı cavabsız qoyub.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google