Marneuli əhalisinin bir qismi qəzalı vəziyyətdə olan binalarda yaşayır (VİDEO)
Marneuli şəhərində Sovet dövründə tikilmiş beşmərtəbəli binaların bir qismi qəzalı vəziyyətdədir. Eyvanlar, pilləkənlər və zirzəmilər sıradan çıxıb, divarlar çatlayıb, dam örtüyündən su damır. Köhnə tikilmiş binaların əksəriyyəti bu vəziyyətdədir.

Belə binalardan biri Nərimanov 1 ünvanında yerləşir. Üç il əvvəl burada eyvanlar uçub və nəticədə iki nəfər dünyasını dəyişib. Həmin binanın sakinləri bu gün də qəzalı vəziyyətdə
olan binada yaşamağa məcburdurlar.

“Gəldilər, yoxladılar və dedilər ki, bina qəzalı vəziyyətdədir. Sonra getdilər, sakinlər nədənsə razılaşmadı. İndi yağış yağanda evin içi su olur. Eyvan təhlükəlidir, qəzalıdır. Eyvana çıxa bilmirik, qorxuruq. Bu binada yaşamaq istəmirik. İstəyirik ki, bizə kömək etsinlər. Belə qəzalı vəziyyətdə olan evləri kim alacaq? Yenidən tiksinlər və orada yaşayaq, hamı da razı qalar”, – bina sakini Hava Musayeva bildirdi.

Nərimanov 1 ünvanında yerləşən bina ilə bağlı Dövlət Ekspertiza Bürosu rəy verib. Rəyə əsasən, binada yaşamaq təhlükəlidir və vətəndaşlara eyvanlardan istifadə etməmək tövsiyə olunur. Ekspertiza rəyinə baxmayaraq, indiyədək binada möhkəmləndirmə işləri aparılmayıb.


Digər binaların sakinlərinin isə ekspertiza bürosunun rəsmi rəyi yoxdur. Buna baxmayaraq, onlar yaşadıqları binanın təhlükəli olduğunu deyirlər.

“Baxın, su belə axır, bu normaldırmı? Neçə ildir meriyaya gedirik, bununla bağlı şikayət edirik. Heç kim bizə diqqət göstərmir. O tərəfə də baxın, hər yer bu gündədir. Bina uçur. Evlərin divarlarında artıq çatlar əmələ gəlib”, – sakinlərdən biri bildirib.

Artıq beş aydır ki, Marneuli meriyası qəzalı vəziyyətdə olan binaların təmir edilib-edilməyəcəyi ilə bağlı sorğumuza cavab vermir. Meriya bizdən yeni məktub yazmağımızı tələb edir ki, 30 iyul tarixli müraciətimizə niyə cavab verilmədiyini izah etsinlər.

Marneulinin 2026-cı il büdcə layihəsində binaların fasadlarının bərpası və bələdiyyənin görünüşünün yaxşılaşdırılması məqsədilə 50 000 lari vəsait ayrılıb.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google