Marneulinin itirilmiş turizm potensialı (FOTO/VİDEO)
Marneuli bələdiyyəsi demək olar ki, heç vaxt turizm şirkətləri üçün səfər ediləcək yer olaraq hesab edilmir. İnternetdə nadir hallarda Marneuli ilə bağlı turlar tapa bilərsiniz. Bunun bir çox səbəbləri var. Onların arasında gəzib-görməli yerlər barədə məlumatsızlıq və qaydasında olmayan infrastruktur var. “Geo səyahət” klubunun rəhbəri Levan Enukidze bildirir ki, Marneuli bələdiyyəsi yalnız bir səbəbdən onun turlarına daxil
olur – lalələr mövsümü başlayanda.

“Ümumiyyətlə Marneuli turizm üçün maraqlı yerdir, tarixi abidələr, gözəl təbiət var. Lap elə dünyada ən qədim şərab mənbəyinin qalıqlarının Marneuli bələdiyyəsində kəşf edilməsi hər şeyə dəyər. Ancaq geniş ictimaiyyətə məlum deyil. Marneulinin turizm baxımından PR çatışmır. Daxili turizmdə Marneuli yalnız yazda tanınır, səyahətçiləri lalə və çobanyastığı sahəsinə gətiririk. Digər baxımdan Marneuliyə tələb yoxdur”, – Levan Enukidze bildirdi.

Levan Enikidzenin fikri ilə başqa turizm şirkətləri də razılaşır və düşünürlər ki, bələdiyyənin turizmin populyarlaşdırılması üçün daha çox səy göstərməsi lazımdır. Şərabın vətəni olaraq elan olunan Gürcüstanın Marneulidən, “Kəsik təpə” ilə başladığını çox az adam bilir. Tarixi abidənin kəşfi bir çox beynəlxalq medianın diqqətini cəlb edib. Bunun Marneuli bələdiyyəsində olması mətndə qeyd olunmamışdı və Kəsik Təpə potensial turistlər üçün Tbilisidən 50 kilometr məsafədə yerləşir.

Yerli özünüidarədə eramızdan əvvəl IV əsrin təpə şəhərciyi ilə tez-tez fəxrlə danışır və illərdir, geniş turist potensialının olmasından danışırlar. Amma İmirin Kəsik Təpəsində konservasiyadan başqa illər ərzində heç nə edilməyib. Gürcüstan hökuməti İmirin Kəsik Təpəsinin bərpasına bu il 5 milyon lari ayırıb. Obyektə gedən yolun bərpası üçün 300 000 lariyə yaxın vəsait nəzərdə tutulub.

Kəsik Təpədən başqa Marneulidə səyahətçilərin diqqətini çəkəcək gəzməli yerlər çoxdur. Marneulidə yaşayan gürcülər, azərbaycanlılar və ermənilərin mədəniyyəti bələdiyyəni rəngarəng, çoxmədəniyyətli edir.

Opreti qalası, Tserakvi monastır kompleksi, Mixeil Cavaxişvilinin ev muzeyi, Qaqi (Quşçu) qalası, Armen Hovanesyanın muzey-studiyası – bu turizm yerlərinin natamam siyahısıdır. Onlar haqqında məlumatı əslində turistlər üçün məlumat köşkü vasitəsilə əldə etməlisiniz. Ancaq Marneulinin mərkəzində duran bu köşk tikilməsindən 5 il sonra da fəaliyyət göstərmir. Səbəbini bilmirik. Bu barədə yerli özünüidarə danışmalıdır. Marneuli meriyasında bunun səbəbləri barədə açıq danışmırlar. Cavabı yalnız yazılı qaydada verəcəklərini bildirdilər və bu gün də məlumat gözləyirik.


Turizm üzrə ekspert Tinatin Mosiaşvili bildirir ki, Marneulinin mühüm turizm potensialı var, ancaq şəhərdə səyahətçiləri saxlayacaq heç nə görə bilməzsiniz.

“Biz fəxr edirik ki, Gürcüstan şərabın vətənidir, bir qayda olaraq, biz qonaqları Kaxetiyə şərab turlarına aparırıq. Lakin Gürcüstanın şərabın vətəni olduğunu sübut edən Marneulidir. Həqiqətən məlumat köşkü yaxşı yerdədir və onun açıq olduğunu görsəm, mütləq dayanaram. Bir turizm nümayəndəsi kimi mənim üçün bu bölgədə turizmin inkişafı çox vacibdir. Buna hakimiyyətin də yanaşması vacibdir. Bəzi ölkələr insanları cəlb edəcək şeylər tapa bilər və bizdə bunlar var və təəssüf ki, biz onlardan istifadə etmirik. Deyək ki, mən turistəm. Marneulidən keçəndə burada görməli yerlər gözümdən qaça bilərmi?” – Tinatin Mosiaşvili bildirib.

Tinatin Mosiaşvili deyir ki, Marneuliyə turist cəlb etmək üçün ən yaxşı nümunələrdən biri kimi Novruz bayramını müzakirə edə bilərik.

“Novruz ənənəsini xüsusi qeyd edərdim. Onu elə qeyd etmək olar ki, qonaq gəlib baxsın. Çünki kifayət qədər maraqlı qeyd olunur. Bu tarixi irs, o qədər də tarixi deyil, məsələn, şərab haqqında dediklərimiz, amma bu insanların yaşamasından bu yana müəyyən bir mədəni irs yaranıb. Bundan faydalanmaq yaxşıdır. Marneuliyə elə girib çıxırsan ki, Marneulidə turizmdən xəbər verən heç nə tapa bilmirsən. Baxaq, mən Tetritskaronu keçdim, Kodadan keçdim, Marneuliyə daxil oldum və Bolnisiyə elə getdim ki, heç nə mənə burada nə isə görməyin mümkün olduğunu göstərmədi”, – Tinatin Mosiaşvili deyib.

Gürcüstan Ekoturizm Assosiasiyasının sədri Natalia Baxtadze Enqlander düzgün idarəetmə şəraitində Marneulinin turizm potensialının artırılmasını diqqətə yetirir və izah edir ki, turistləri cəlb etmək üçün qida obyektlərinin olması, infrastruktur, aktivliyin olması zəruridir. O, hesab edir ki, Marneulinin əlavə üstünlüyü onun Tbilisiyə yaxın yerləşməsi və müxtəlif istiqamətlərə bir günlük turların sərbəst şəkildə planlaşdırıla bilməsidir.

“Bəli, Marneulinin turizm informasiya obyektinin, keyfiyyətli kadrların olması vacibdir, lakin turizmi inkişaf etdirmək istəyən insanlar bunun arxasında dayanıb, buna ehtiyac olduğunu görməlidirlər. Marneulidən çoxlu tələbələrim var ki, onlar turizm sahəsində təhsil alıblar və orada nəyisə inkişaf etdirməyi fikirləşmirdilər. Çünki deyirdilər ki, orada bununla maraqlanmırlar. Hesab edirəm ki, dövlət xidmətlərinin özü aktiv olmalıdır, nəyi inkişaf etdirmək olar ki, bələdiyyənin gəliri daha çox olsun. Yaxşı nümunələrdən biri aqroturizm obyektlərinin mövcudluğudur”, – Natalia Baxtadze Enqlander deyir.

Söhbət Marneulinin turizm imkanlarından, maliyyə cəhətdən möhkəmlənməsindən və infrastrukturunun tənzimlənməsindən gedirsə, yerli özünüidarənin bu istiqamətdə nə planlaşdırdığı barədə məlumatımız yoxdur və mərkəzin nə vaxt açılacağı məlum deyil. Həmin mərkəz xarici turistləri lazımi məlumatlarla və bələdiyyədəki turizm obyektlərinin məlumat bazası ilə təmin etməlidir.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google