“Uşaq, Ailə, Cəmiyyət” Amerikanın dəstəyi ilə Marneuli
bələdiyyəsində fiziki imkanları məhdud şəxslər ilə işləməyə
başlayan ilk təşkilatdır.
Həmin vaxt belə statusu olan şəxslər ilə işləmək bələdiyyə üçün
yenilik idi. Təşkilat ilə birlikdə bu prosesə qoşulmaq isə lap yeni
idi. Hər şey 2013-cü ildə başladı. Təşkilatın icraçı rəhbəri Quna
Bibileişvili bildirir ki, çətin dövrdən keçiblər, təşviqat
kampaniyaları aparıblar
və meriyanı xidmətlərə ehtiyac olduğuna
inandırıblar.
“Aydın oldu ki, bələdiyyənin heç nə məlumatı, nə də
hazırlığı yox idi. Səmimi olaraq desəm, müəyyən etibarsızlıq var
idi. Heç unutmuram, mer bu proqramı dəstəkləməyə artıq hazır idi,
komanda üzvləri dedilər ki, bu təşkilat bacarmasa, bələdiyyədən
çıxsa, o zaman təsəvvür edin, biz, meriya əməkdaşları necə
xoşagəlməz vəziyyətə düşəcəyik. Çünki valideynlər artıq
həvəslənəcəklər ki, işə başlanılacaq və bu, əksinə, mənfi təsir
göstərəcək. Təsəvvür edin, belə nöqtədən işləməyə başladıq.
Bələdiyyədə işləmək üçün üç şərt var idi. Biri uzunmüddətli
perspektiv idi, bu, bir, yaxud iki aylıq olmalı deyildi,
uzunmüddətli proqram olmalı idi. İkinci şərtə görə, biz yerli
kadrları işlə təmin etməli idik və üçüncü şərt bizim bələdiyyənin
maddi dəstəyindən rıçaq kimi faydalanmağımız idi”, –
Quna Bibileişvili deyir.

Təşkilat 5 benefisiar ilə fəaliyyət başlayıb, Marneulinin demək
olar bütün kəndlərini qapı-qapı gəziblər və ailələrə yardım təklif
ediblər. Mərkəzin indi 100-ə yaxın benefisiarı gün mərkəzi və erkən
inkişaf proqramına qoşulub. Bu Marneuli sakinləri üçün şəhərdən
kənara çıxmadan faydalana biləcəkləri güzəştdir. Onlar 0-dan 7 yaşa
qədər və 7 yaşdan 18 yaşa qədər müxtəlif ehtiyacı olan ailə üzvləri
üçün bu xidmətlərdən yararlana bilərlər.
{{AUDIO}}
Mərkəzi Qızılhacılı kəndində, məktəb bazasında yerləşir. Quna
Bibileişvili bildirir ki, xidmətlərin tam çatdırılmasında onlara
donorlardan başqa yerli özünüidarə də kömək edir. Bələdiyyə hər il
maddi yardım ayırır və ötən il bu 50 000 lari təşkil edib.
Bibileişvili hesab edir ki, təşviqatın nəticəsi məhz budur. İllər
ərzində addım-addım buna nail olublar və bələdiyyə ilə ortaqlı
maliyyələşdirmə mexanizmini işə salıblar.
“Həqiqətən, deyə bilərik ki, bizim komandamız
bələdiyyə, eləcə də əhali qarşısında aydındır. Biz yalnız
bələdiyyənin vəsaiti ilə fəaliyyət göstərmirik. Bu gün bələdiyyənin
maliyyə dəstəyi ilə təmir həyata keçirilir. Eləcə də Polşa
hökumətinin dəstəyi də var. Bizdə birinci mərtəbə Polşa hökumətinin
dəstəyi ilə təmir olundu. Almaniya hökumətinin dəstəyi da var və
yerində yeni xidmət yaradırıq. Mərtəbələr çox idi. Çünki belə
bir-iki dəqiqəyə nəyi isə asan yarada bilərsən, ancaq sonra həyata
keçirmək uzun zaman, enerji, bilik tələb edəcək. Biz təşviqat
kampaniyasını elə planlaşdırmışdıq ki, çoxsaylı dəstəkçi tapa
bilək. Dəstək bu idi, qurumlar və həmkarlar ilə
işləyirdik”, – Quna Bibileişvili bildirir.
Quna kimi Vətəndaş Bərabərliyi Platformasının rəhbəri Samirə
İsmayılova da problemləri təşviqat yolu ilə həll edə bilib. O,
Kvemo Kartli və Samtsxe Cavaxetidə bələdiyyə səviyyəsində az diqqət
ayrılan xidmətlərin tətbiq edilməsi üzərində işləməyə başlayıb.
Təşviqat yolu ilə yüzlərlə qadın reproduktiv sağlamlığının
qayğısına qala bilib və bəzi bələdiyyələr ehtiyacları büdcə
səviyyəsində nəzərə alıb. Marneuli də onlar arasındadır.

“Bilirik ki, bələdiyyələr ilə əməkdaşlıq olduqca çətindir.
Kifayət qədər açıq deyillər ki, onlar ilə müxtəlif mövzularda açıq
müzakirələrimiz olsun. Belə ümumi vəziyyətə baxmayaraq, “rus
qanununu” qəbul edənə qədər olduqca adekvat əməkdaşlığımız var idi.
Bizim təşkilatın əsas məqsədlərindən biri reproduktiv xidmətlər
yaratmaq idi. Bir-iki kiçik dəyişiklik həmişə dövlət institutları
ilə söhbətin əhəmiyyətli olmasına yaxşı nümunədir. Çünki biz,
vətəndaşlar olaraq rollarımızı unutmamalıyıq, kim kimdir və kim
kimə xidmət göstərməlidir. Əgər biz vətəndaş kimi tələb etməsək,
təəssüf ki, bizim dövlətdə bəzi şeylər elə qurulub ki,
hakimiyyətlər heç vaxt vətəndaşların real məlumatlandırılmasının,
onların dövlət institutlarından necə yaxşı faydalana biləcəklərinin
qayğısına qalmırlar. Nəyi isə bilməyəndə müvafiq olaraq heç kimi
narahat etmirsən və işin daha az olur. Ona görə əhalinin təhsil
alması, məlumatlandırılması üçün narahat olmurlar”, –
Samirə İsmayılova bildirir.

Samirə deyir ki, Marneuli meriyası reproduktiv sağlamlıq
istiqamətində bu il büdcədə 7 000 lari ayırıb. Özünüidarələrdə
vəsait mənimsənilməyib, ancaq ümid edir ki, bələdiyyələr bu imkanı
“dondurmayacaqlar”. O, düşünür ki, əksər hallarda real
dəyişikliklər məhz təşviqat yolu ilə, müxtəlif qurumlarla ünsiyyət
quraraq və problem yaradan səbəbləri tapmaqla başlayır.
“Təşviqat kampaniyalarının aparılması məhz bizə imkan
yaradır ki, ola bilsin, biz problemi ilk baxışda səthi görürük və
dərində, təşviqat kampaniyası zamanı ilk baxışda görünməyən
spesifik məsələləri, səbəbləri aşkar edə bilərik. Bu proseslərə
daha çoxşaxəli baxmalıyıq, bu proses ictimaiyyət, insanlar,
təşkilatlar, dövlət institutlarının özü üçün çox mühümdür. Mən belə
düşünürəm ki, əgər hər hansı məsələni həll etmək istəyin varsa,
təşviqat kampaniyalarına çox açıq olmalısan”.
Quna və Samirənin təşəbbüsləri Marneuli bələdiyyəsində
qeyri-hökumət təşkilatlarının dəstəyi ilə hazırlanmış və yaxşı
layihəyə çevrilmiş tam siyahı deyil.
Bu kimi layihələri adətən Avropa İttifaqı maliyyələşdirir.
Gürcüstan vətəndaşlarının can atdığı birlik. Məhz Gürcüstan
vətəndaşları hakimiyyət tərəfindən şəffaflıq haqqında “rus
qanununu” qəbul etməklə təhlükə altında düşən Avropa İttifaqına
üzvlüyə namizəd statusunu əldə etdilər.
Bir çox beynəlxalq təşkilatların bildirdiyinə görə, qanun Avropa
İttifaqına birləşmək perspektivini yerlə bir edib və mülki,
müstəqil media sektorun inkişafının dayandırılmasına dəstək olur.
Bu isə ölkədə söz və ifadə azadlığını məhdudlaşdıracaq.
Qanun avqustdan qüvvəyə minəcək. Amerika Birləşmiş Ştatları və
Avropa İttifaqı artıq hökumətin müəyyən istiqamətlərində
maliyyələşdirməni dayandırmağa başlayıblar. İnsan hüquqlarının
müdafiəsi, təhsil, kənd təsərrüfatı, xidmətlərin
təkmilləşdirilməsi, qadınların və uşaqların sağlamlığının
qorunması, səhiyyə sahəsində maraqlarını davamlı olaraq
maliyyələşdirən milyonluq maliyyə vəsaitləri təhlükə
altındadır.
“Xarici qüvvədən maliyyələşdirilən təşkilat” statusunu könüllü
qəbul edən təşkilatlar artıq öz ideyalarını həyata keçirə
bilməyəcəklər, çünki hökumətin onlara qarşı dezinformasiya
kampaniyası apardığını düşünən Avropa İttifaqı bu mühüm faydanın
maliyyələşdirilməsini dayandıracaq.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415