Marneuli merliyinə namizədlərin qeydiyyatı bu
gün başa çatır.
İndiki mərhələdə namizəd olaraq 13 nəfər
qeydiyyatdan keçib.
Qeyd edilməlidir ki, qeydiyyatdan keçmiş namizədlərin siyahısı ola
bilsin günün sonuna qədər dəyişsin.
Marneulidə növbədən kənar mer seçkiləri 2019-cu ilin 19 mayında
keçiriləcək.
İndiyə kimi Marneuli radiosuna yalnız 5 namizədin kimliyi məlumdur.
“Gürcü Arzusunun” namizədi Zaur Darğallı, “Avropalı Gürcüstan”ın
namizədi Əhməd İmamquliyev, Siyasi Birlik “Güc Birlikdədir”in
namizədi Aqil Mustafayev, “Gürcüstan” partiyasının namizədi Leila
Xaraişvili və müstəqil namizəd Əli Bədirov bir-biri ilə mübarizə
aparacaqlar.