Marneuli meri vəzifəsinə 16 nəfərin
namizədliyi irəli sürülüb.
Marneuli meri vəzifəsinə namizədlərin
qeydiyyatı bu gün, 19 aprel tarixində başa çatıb.
Xatırladırıq ki, bu gün saat 16:00-da qeydiyyatdan keçmiş
namizədlərin sayı 13 nəfər idi.
Marneulidə növbədənkənar mer seçkiləri 2019-cu ilin 19 mayında
keçiriləcək.
İndiyə kimi Marneuli radiosuna yalnız 5 namizədin kimliyi məlumdur.
“Gürcü Arzusunun” namizədi Zaur Darğallı, “Avropalı Gürcüstan”ın
namizədi Əhməd İmamquliyev, Siyasi Birlik “Güc Birlikdədir”in
namizədi Aqil Mustafayev, “Gürcüstan” partiyasının namizədi Leila
Xaraişvili və müstəqil namizəd Əli Bədirov bir-biri ilə mübarizə
aparacaqlar.