Zaur Darğallı mer seçiləcəyi təqdirdə meriyada yeni xidmətlərin yaradılmasını planlaşdırır

“Gürcü Arzusu”nun Marneuli meri vəzifəsinə namizədi Zaur Darğallı mer seçiləcəyi təqdirdə sakinlər və yerli özünüidarə arasında ümumi dil, daha yaxşı ünsiyyət qurulması üçün yeni xidmətlərin yaradılmasını planlaşdırır.


“Bu ümumi bir plandır. Burada söhbət təkcə hansısa ərizənin hər hansı bir dildə qəbulundan getmir. Burada ümumi bir plandır ki, orada xidmət efektli olsun və bunun üçün müəyyən dəyişiklik edək. Əhali rahat şəkildə onlara lazımi məlumatı əldə edə bilsinlər, onları gülər üzlə qarşılasınlar və onların probleminə həm cavab verilsin həm də düzgün yönləndirilsin, heç bir sual cavabsız qalmasın. İstədikləri dildə məlumatı ala bilsinlər.ona görə də biz düşünürük ki, əgər insan dövlət dilini bilmirsə orada işçilər olacaq və onların bildiyi dildə məlumat verəcəklər ki, məlumat qıtlığı yaranmasın" – Zaur Darğallı “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib.

Zaur Darğallının sözlərindən irəli gələrək belə təəssürat yaranır ki, bunadək meriyada sakinlərlə ünsiyyət və onlara düzgün məlumat çatdırılması sahəsində çatışmazlıqlar olub. Bu məsələ ilə bağlı mer səlahiyyətlərini icra edən Zaur Tabatadze ilə əlaqə saxladıq. O, Zaur Darğallının sözləri ilə razılaşmasa da, yaxşılığa doğru dəyişikliklərhə hazır olduqlarını bildirdi.

“Bilmirəm, bəlkə nə isə elə məlumatı var ki, mənim xəbərim yoxdur. Əgər yaxşılığa doğru nə isə dəyişiklik lazım olacaqsa, əlbəttə ki birgə çalışaraq düzəldəcəyik və bu da alqışlanmalıdır”, – Zaur Tabatadze dedi.

Meriya və sakinlər arasında ünsiyyətin kifayət qədər olmaması ilə bağlı İnsan Hüquqlarının Araşdırılması və Monitorinqi Mərkəzi (EMC) tərəfindən atılmış addımlardan da görünür. Təşkilat Marneuli meriyası və Bələdiyyə Məclisinə qarşı məhkəməyə müraciət edib və yerli özünüidarə orqanının ictimai məlumatların milli azlıqların başa düşəcəyi dildə verilməsini təmin etməsini tələb edir.

Mövcud vəziyyətə baxmayaraq, Marneuli Bələdiyyə Məclisi və meriyası ictimai məlumatların milli azlıqların dilinə tərcümə olunmasını təmin etmir, o cümlədən, vətəndaşların məktublarının, ərizələrinin, şikayətlərinin, həmçinin, inzibati orqanların cavablarının, ictimai məlumatların və normativ aktların tərcüməsi üçün sistem yaradılmasını da təmin etmir. Bu şərtlər altında dövlət dilini bilməyən etnik azərbaycanlı olan vətəndaşlar ərizələri və aldıqları cavabları öz xərcləri ilə tərcümə etdirməli olurlar ki, öz hüquqları, xidmətlər və tənzimləmələr barədə məlumat ala bilsinlər.


 

Print Email
FaceBook Twitter Google