Meriyada 14 vakansiya müsahibədə 211 nəfər iştirak edib
Marneuli meriyası tərəfindən elan olunmuş 14 vakansiya üçün 313 ərizə daxil olub, lakin müsahibə mərhələsinə bunlardan yalnız 211 nəfəri gəlib. Bu barədə məlumatı “Marneuli” radiosuna meriyanın Administrasiya Xidmətinin rəhbəri Nino Dekanoidze verib və qeyd edib ki, müsahibədə xüsusi yaradılmış komissiya iştirak edib. Vakant yerlərə kimin qəbul olunacağı isə bir neçə ay ərzində məlum olacaq.

“Bizim müsabiqəni tamamlamaq üçün üç ay vaxtımız var. İştirakçılara mənfi və ya müsbət cavab barədə məlumat göndəriləcək. Sonra isə müsbət dəyərləndirilən namizədlərlə bağlı merə tövsiyələr veriləcək”, – Nino Dekanoidze “Marneuli” radiosu ilə söhbəti zamanı bildirib.

Meriya tərəfindən elan olunmuş müsabiqə barədə məlumat www.hr.gov.ge saytında yerləşdirilmişdi. Qeyd edək ki, meriya tərəfindən işə qəbul olunan şəxslər üçün sınaq müddəti bir il olacaq.

Print Email
FaceBook Twitter Google