“Marneuli” radiosu mer vəzifəsinə namizədlərlə seçkiöncəsi verilişlər silsiləsinə başlayır

19 may tarixində Marneulidə növbədənkənar mer seçkiləri keçiriləcək. Marneulililər səsvermə kabinəsinə daxil olduqda 15 namizəd arasında seçim etməli olacaqlar.

“Marneuli” radiosu namizədlərin seçicilərə nə vəd etdiyi, onların seçki proqramları, namizədlərin ilk olaraq hansı problemin həllinin vacib olması ilə bağlı düşüncələrini öyrənmək üçün namizədlərin iştirakı ilə verilişlər silsiləsinə başlayır.

Verilişlər 7, 8, 9 və 10 may tarixlərində, saat 18:00-da efirə gedəcək.

Namizədlə bağlı “Marneuli” radiosunun dinləyicilərinə əvvəlcədən məlumat veriləcək və “Facebook”-da canlı yayım vasitəsilə dinləyicilər namizədə suallarını ünvanlaya biləcəklər.

“Marneuli” radiosu ümid edir ki, mer vəzifəsinə namizədlər studiyaya gəlməkdən imtina etməyəcəklər.

 

Print Email
FaceBook Twitter Google