İctimai məlumatların əlçatanlığı baxımından
2018-ci ildə Marneuli meriyasının nəticəsi 89.42%, Bələdiyyə
Məclisinin nəticəsi isə 57.69%-ə bərabərdir.
Bu
barədə statistik məlumatı İnformasiya Azadlığının İnkişafı
İnstitutu (IDFI) yayımlayıb.
IDFI Marneuli meriyasından yazılı olaraq 26 məlumat tələb edib.
Meriya bunlardan 25-ə gec cavab verib, hərtərəfli cavab isə
IDFI-nin 21 məktubuna verilib.
2018-ci il ərzində İnformasiya Azadlığının İnkişafı İnstitutu
Marneuli Bələdiyyə Məclisindən 13 dəfə ictimai məlumatın
verilməsini tələb edib ki, bunlardan da hamısına gec cavab
verilib.
2017-ci illə müqayisədə Marneuli meriyasının ictimai məlumatın
verilməsi keyfiyyətində geriləmə olub. Belə ki, 2017-ci ildə bu
göstərici 94.83% olsa da, 2018-ci ildə 89.42% olub.
Meriyadan fərqli olaraq Bələdiyyə Məclisində ictimai məlumatların
əlçatanlığı 2017-ci illə müqayisədə əhəmiyyətli dərəcədə artıb.
Belə ki, 2017-ci ildə IDFI tərəfindən 22 dəfə ictimai məlumat tələb
olunsa da, Bələdiyyə Məclisi bu məktublardan heç birinə cavab
verməyib. Məhz buna görə də 2017-ci ildə Bələdiyyə Məclisi ictimai
məlumatların əlçatanlığı baxımından 0%-lik nəticə ilə
dəyərləndirilmişdi, 2018-ci ildə isə bu rəqəm 57.69% olub.