Rusiyanın Müdafiə naziri Zakir Həsənova zəng edib
Rusiya Federasiyasının Müdafiə naziri ordu generalı Sergey Şoyqu Azərbaycan-Ermənistan dövlət sərhədində yaranan vəziyyətlə bağlı Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənova zəng edib.

Müdafiə Nazirliyindən Trend-ə verilən məlumata görə, telefon danışığı əsnasında general-polkovnik Z.Həsənov iki ölkənin dövlət sərhədində Ermənistanın törətdiyi təxribatların qarşısının qətiyyətlə alındığını bildirib.

Ordu generalı S.Şoyqu hərbi əməliyyatların dayandırılması və vəziyyətin sabitləşdirilməsi üçün səylər göstərməyə hazırlığını ifadə edib.

Qeyd edək ki, son günlər Azərbaycan və Ermənistan sərhədində atəşkəs pozulur.

"Ermənistan silahlı qüvvələri daha əlverişli mövqelərə yiyələnmək məqsədilə noyabrın 16-sı saat 11.00 radələrində qəfil hərbi əməliyyata başlayıb."


Bunu Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov Ermənistan silahlı qüvvələrinin dövlət sərhəddində Azərbaycana qarşı törətdikləri genişmiqyaslı təxribatlarla bağlı keçirilən brifinqdə deyib.

Onun sözlərinə görə, Basarkeçər və Qarakilsə rayonlarında yerləşən sərhəd-döyüş mövqelərinə əlavə canlı qüvvə, hərbi və xüsusi texnika cəmləşdirən Ermənistan hərbi bölmələri Azərbaycan Ordusunun Kəlbəcər və Laçın rayonlarındakı döyüş postlarına hücum edib.

"Qarşı tərəfin təxribatlarının qarşısını almaq məqsədilə Azərbaycan Silahlı Qüvvələri adekvat tədbirlər görür. Hazırda sərhəddə vəziyyət gərgin olaraq qalır."

Mənbə: trend.az
Print Email
FaceBook Twitter Google