"Azərbaycan Prezidenti İlham Əliyev İran Prezidenti
İbrahim Rəisi Türkmənistanın paytaxtı Aşqabadda keçirilməsi
planlaşdırılan İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) Zirvə görüşü
çərçivəsində görüşə bilər".
Bunu İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə noyabrın
22-də keçirdiyi mətbuat konfransında bildirib.
O, Azərbaycan Baş nazirinin müavini Şahin Mustafayevin İrana
səfərinin mühüm olduğunu və konstruktiv keçdiyini də
vurğulayıb.
Qeyd edək ki, Ş.Mustafayev noyabrın 21-də İranda səfərdə olub, bu
ölkənin xarici işlər naziri Hüseyn Əmirabullahianla görüşüb.
Xatırladaq ki, noyabrın 28-də Aşqabadda ECO-nun Zirvə görüşü
keçiriləcək. Təşkilatda Azərbaycan, Türkiyə, Əfqanıstan, İran,
Qazaxıstan, Qırğızı Respublikası, Pakistan, Özbəkistan, Tacikistan,
Türkmənistan təmsil olunur.