Gürcüstanda “Novruz” bayramı “İslam” bayramı kateqoriyasından çıxarılıb və “Bahar” bayramı kimi qeyd olunub
Gürcüstanda bir sıra dövlət orqanlarının məlumat bazasında “Novruz” bayramı “İslam” bayramı kateqoriyasından çıxarılıb və “Bahar” bayramı (Novruz Beynəlxalq Gün, Gürcüstanda Xalq Bayramı) kimi qeyd olunub. Bu barədə “Marneuli” radiosu ilə söhbəti zamanı mülki fəal Samirə Bayramova məlumat verdi. Onun sözlərinə görə, o, bir sıra dövlət orqanlarına müraciətindən və sübutundan sonra “Novruz”la bağlı məlumatlar dəyişdirilərək bazalarına əlavə edilib. Bayramovanın dediyinə görə, o, 12 mart 2021-ci il tarixində Gürcüstan Parlamentinə müraciət edərək, “Novruz” bayramının qeyri-iş günü kimi qeyd olunmasını tələb ediblər.



Samirə Bayramovanın sözlərinə görə, “Novruz” bayramı ilə bağlı bir sıra dövlət saytlarında və orqanlarında da problemlər var. Bununla bağlı da müraciətlər olunub və dövlət orqanlarından cavab gözləyir. Bayramova düşünür ki, bu kimi səhvlər aradan qaldırılana kimi mübarizə aparacaq və gələcəkdə oxşar problemlər onlara maneçilik törətməsin.



Samirə Bayramova onu da əlavə etdi ki, “Novruz” bayramı Gürcüstanda qeyri-iş günü kimi qeyd olunana qədər mübarizə aparacaqlar.

Qeyd edək ki, müraciətdə 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəylik gününün də başqa bayramlar siyahısına daxil edilməsi tələb olunub. Amma bu tələb qəbul olunmayıb.

Print Email
FaceBook Twitter Google