Kadrlar yayılıb - polis metro stansiyalarının birində gənc oğlanı döyür-VİDEO
TV Pirveli metro stansiyalarının birində gənc oğlanın hüquq-mühafizə orqanının əməkdaşı tərəfindən fiziki zorakılığa məruz qalmasını əks etdirən videogörüntülər yayıb.

Videoda asayiş keşikçisinin vətəndaşı əlləri bağlı halda eskalatorda sürüyərək otaqlardan birinə apararaq başına və üzünə vurması əks olunub.

Videoda gəncin yanında olan insanların hüquq-mühafizə orqanlarına oğlanın kar-lal olduğunu necə izah etdiyi görünür. Videoda gəncin guya metroda hərəkət qaydalarını pozduğunu deyən polis əməkdaşının səsi də eşidilib.

Döyülən şəxsin yaxınları isə polisə “Buraxın, o, kar-laldır” deyir.

"Lal-kardır? Bəs indi onu danışdırsam?”, - deyə polisin atmacası eşidilir.

Qeyd edək ki, video fraqmentdir və işi tam əks etdirmir.


“Publika” məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən məlumat almağa çalışır. Agentlik cavabı alan kimi sizə təqdim edəcək.

Mənbə: Publika
Print Email
FaceBook Twitter Google