“Kəndə dəstək proqramı” çərçivəsində keçirilən görüşdə Kürtlər kəndinin sakinləri küçə işıqlarının quraşdırılmasına qərar verdilər (FOTO)
Bu gün, 24 fevral tarixində Marneuli bələdiyyəsinin Kürtlər kəndində “kəndə dəstək proqramı” çərçivəsində görüş keçirildi. Görüş çərçivəsində sakinlər küçə işıqlarının quraşdırılmasına qərar verdilər.

Kənd sakinləri “Marneuli” radiosu ilə söhbəti zamanı bildirdilər ki, kənddə küçə işıqlarının olmadığı məhəllələr var. Ona görə də kənd sakinləri bu işlərin sona çatması üçün küçə işıqlarının quraşdırılmasını dəstəkləyiblər.

“Hökumət tərəfdən kəndlərə ayırılan proqramı biz dəstəkləyirik. Həqiqətən dövlət tərifindən bu böyük işdir. Marnuli rayonunda olan bütün kəndlərə hissə-hissə pul ayrılıb və işlər görürlər. Ancaq bir xahişmiz var. Bu proqramın tam başa çatması üçün bizə 30-40 ədəd işıq dirəkləri lazımdır. Cavan ailələr var. Həmin ailələr təzə məhəllələrə köçüblər. Amma küçə işıqları yoxdur. Küçələri qaranlıqdır. Rayon rəhbərliyi köməkdarlıq etsin ki, bu küçə işıqları Kürtlər kəndində başa çatsın”, – Kürtlər kənd sakini İlyas İlyasov dedi.

Kənd sakinləri onu da bildirilər ki, bəzi küçələrdə işıq dirəkləri var. Həmin dirəklərə işıq lampalarının quraşdırılmasına ehdiyac var.

“Bizim məhəlləmizdə 4 ədəd dirək basdırılıb. Amma küçə işıqları yoxdur. Bəzi məhəllələrə küçə işıqları çəkildi. Amma bizim məhəlləyə çəkilmədi, qaldı. Bizim də xahişimiz odur ki, 4 ədəd dirəyə küçə işıqları quraşdırılsın. Bizə dirək lazım deyil, dirəklər var. Sadəcə işıq lampaları lazımdır”,
– Abdulla Şərəfov dedi.

“Bizim küçədə nə işıq, yol yoxdur. Gəlsinlər onu həll etsinlər. Ən azından bir iş görülsün. Bu gün də burada qərar verildi ki, küçə işıqları quraşdırılsın. Ən azından bunu həll etsinlər. Yola gəlincə başa düşürük buna böyük pul lazımdır”, – Emil Hüryənov “Marneuli” radiosuna bildirdi.

“Kəndə dəstək proqramı” çərçivəsində kəndlərdə 3 qrup işləyir. Kürtlər ərazi vahidliyində əhali ilə görüş keçirən Marneli meriyasının Maliyyə-Büdcə Xidmətinin rəhbəri Vüqar Məmmədov “Marneuli” radiosuna bildiri ki, kəndlərdə hansı işlərin görülməsinə sakinlərin özü qərar verir.

“Merin əmiri ilə kəndə dəstək proqramı çərçivəsində Marneulidə 3 qrup yaradılıb. Bizim qrup bu gün Kürtlər ərazi vahidliyində görüş keçirir. Bu gün bizim ilk görüşmüz Kürtlər kəndində baş tutdu. Kənd əhalisi qərar qəbul etdi ki, kənddə küçə işıqları quraşdırılsın. Qanunla əhalinin fikiri nəzərə alınaraq, layihə həyata keçirilir. Ona görə də biz kənd sakinlərinin fikirini nəzərə alaraq, büdcədə kənddə küçə işıqlarının quraşdırılmasını qeyd edəcəyik. Büdcə bu formada təstiq olunacaq və işlərə başlanacaq. Biz bu gün Baydar, Böyük Muğanlı, Lejbəddin, Xutor Lejbəddin kəndlərində də görüş keçirəcik və bununlada bu ərazi vahidliyində görüşmüzü yekunlaşdıracağıq”, – Vüqar Məmmədov dedi.

Kəndə dəstək proqramı üçün 2022-ci ildə mərkəzi büdcədən Marneuli bələdiyyəsinə 1 232 000 lari ayrılıb.

Hər kəndə minimum dəyər 10 000, maksimum dəyər isə 20 000 laridir.

Marneulidə kənd toplantılarının keçirilməsinə 15 fevral tarixində başlanılıb və 25 fevral tarixində başa çatacaq.

"Marneuli" Radiosu

Warning: Invalid argument supplied for foreach() in /var/www/marneulifm.ge/public_html/templates/default/html/com_content/article/default.php on line 166
Print