Rusiyadan Gürcüstana səfər edənlərin sayı 7 dəfə artıb
Bu ilin fevral ayında Rusiyadan Gürcüstana səfər edənlərin sayı 20 876 nəfər təşkil edib.

Bu barədə Gürcüstanın Milli Turizm Administrasiyasının hesabatında bildirilib.

Sənədə əsasən, ziyarətçilərin sayı aylıq müqayisədə 7 505 nəfər azalıb, illik müqayisədə isə 17 951 nəfər və yaxud 7,1 dəfə artıb.

Hesabat ayında Rusiya Gürcüstana səfər edənlərin sayı baxımından Türkiyədən (29 906 nəfər) sonra ikinci yeri tutub.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google