Gürcüstanda probasiya nəzarətində olan Azərbaycan vətəndaşlarının sayı artıb
Hazırda Gürcüstanda probasiya nəzarətində saxlanılan Azərbaycan vətəndaşlarının sayı 37 nəfər təşkil edir.

Bu barədə Gürcüstanın Milli Statistika İdarəsinin fevral ayı üzrə hesabatında bildirilib.

Sənədə əsasən, onların 33-ü kişi, 4-ü isə qadındır. Vətəndaşların sayı aylıq müqayisədə 2 nəfər artıb.

Gürcüstanın həbsxanalarında saxlanılan Azərbaycan vətəndaşlarının sayı isə aylıq müqayisədə dəyişməz (103 nəfər) olaraq qalıb. Həmin şəxslərin 18-i ittiham olunan, 1-i yeniyetmə olmaqla 85-i isə məhkumdur.

Gürcüstanda həbs cəzası çəkən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin ümumi sayı 565, probasiya nəzarətində saxlanılan xarici ölkə vətəndaşlarının ümumi sayı isə 283 nəfərdir.

Mənbə: report.az
Print Email
FaceBook Twitter Google