Susmağın dəyəri qızıldırmı? - Muşevani sakinləri "RMG"-yə qarşı
13:47 / 16.11.2022
Muşevani (Dəllər) əhalisi yenidən eyni tələblə kəndin mərkəzinə
toplaşıb. Baxmayaraq ki, qadınlar və kişilər aksiyada bir-birindən
ayrı dayanıblar, onları RMG şirkəti birləşdirib.
Əhali vahid cəbhə ilə şirkətə müqavimət göstərməyə və hakimiyyətə
səsini çatdırmaq istəyir ki, onların kəndinin ərazisində açıq mədən
üsulu ilə filiz hasil edilməsin.
RMG-nin layihəsinə əsasən, il ərzində təxminən 55 partlayışın
həyata keçirilməsi planlaşdırılır. Qazma qurğuları isə il ərzində
200 saat işləyəcək.
Kənd əhalisi bildirir ki, şirkət nümayəndələri açıq mədən üsulu ilə
filiz hasilatı ilə bağlı razılaşmaya onları aldadaraq qol
çəkdiriblər. Vətəndaşların sözlərinə görə, kəndin RMG ilə yaxınlığı
olan bir neçə sakini və şirkət nümayəndələri real olaraq onlara
RMG-yə açıq üsulla filiz hasil etməyə razılıq üçün qol
çəkdirirmişlər.
RMG Muşevani sakinlərinin etirazı ilə bağlı yazılı müraciətlə
kifayətləndi. Ərizədə kənd əhalisi Muşevani layihəsi barədə yanlış
məlumatın yayılmasında onu günahlandırıb.
Muşevani sakinləri RMG-yə lisenziya verilməsinə hələ 4 ay əvvəl
etiraz etməyə başlayıblar. 28 iyulda kənddə ilk genişmiqyaslı
aksiya keçirilib. Aksiyada yerli sakinlər filiz axtaran şirkətin
kənddən çıxarılmasını tələb edirdilər. Növbəti aksiyalar kənddə
qarşılıqlı münaqişə fonunda keçirildi.
13 sentyabr tarixində Bolnisi bələdiyyəsinin Muşevani kəndində
əhali RMG-yə qarşı imza toplamaq və elan edilmiş filizin tapılması
layihəsinə etiraz üçün toplaşıblar. Görüş səs-küylə başlayıb.
Əhalinin bir qismi RMG GOLD-un elan etdiyi layihəni dəstəkləyib,
toplaşanların əksəriyyəti isə onlara qarşı çıxıb. Qarşı çıxanlar
bildirirdilər ki, onların kəndinə yaxın açıq mədən üsulu ilə filiz
çıxarılması kəndin ekologiyasına ciddi zərər vuracaq. Mübahisəyə
baxmayaraq kənd əhalisi RMG-yə verilmiş lisenziyanın dayandırılması
üçün imza topladılar və hökumət qurumlarına öz fikirlərini
çatdırdılar ki, kəndin ətrafında açıq mədən üsulu ilə filiz
çıxarılmasına qarşıdırlar. Hakimiyyət isə onları cavabsız
qoyub.
Muşevani sakinləri sonuncu aksiyasnı 11 noyabr tarixində
keçiriblər.
“Buraya toplaşmağımızın səbəbi, bax, budur. Kəndimizi,
təbiətimizi qoruyuruq. Əhalinin, övladlarımızın gələcəyini
qoruyuruq. Səbəbimiz yalnız budur. İki dəfə imza topladıq, birinci
kampaniyada 217, ikincidə isə 385 səs toplandı. Bunların hamısını
rəsmi olaraq müvafiq orqanlara verdik. Bu ayın 1-də qərar çıxarıldı
ki, bu qədər işə, əhalinin qarşı çıxmasına baxmayaraq, şirkət
işləyə bilər. Biz yalnı buna etiraz edirik”, –
Muşevani sakini Kənan Məmmədov bildirdi.
“Fakta əsaslanaraq bildiririk ki, kənd əhalisi bu
layihə barədə tam məlumatlı idi (həmçinin, azərbaycan dilində).
Kənddə keçirilmiş iki ictimai müzakirə bunu sübut edir. Qeyd
olunan, ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı ictimai
müzakirənin bütöv video yazısı ilə də təsdiqlənir. Video ictimai
müzakirənin yüksək standartını və qanuniliyini tam əks etdirir.
Videoçəkiliş qeyri-hökumət təşkilatları tərəfindən həyata
keçirilib. Onları həmin videonu/foto materialı ictimailəşdirməyə
çağırıram.
Ətraf mühitə təsirin qiymətləndirilməsi ilə bağlı ictimai
müzakirədən sonra Milli Ekologiya Agentliyi tərəfindən Muşevani
layihəsi ilə bağlı tələb edilmiş əlavə məlumata şirkət tərəfindən
hərtərəfli cavab verildi. Biz eləcə də illərdir, əvəzsiz ekoloji
öhdəlikləri yerinə yetiririk və bu baxımdan ölkə miqyasında yüksək
ekoloji standart tətbiq edirik. Bu artıq dəfələrlə həmin sahə
mütəxəssisləri tərəfindən tanınıb. Müvafiq olaraq RMG ilə bağlı heç
bir obyektiv cavabsız sual qalmayıb ki, icazə verməməyə əsas
olsun”, – RMG-nin bəyanatında bildirilir.
“Yaşıl alternativ”-in icraçı direktoru Nino Qucaridze açıq mədən
üsulu ilə filiz əldə edilməsi prosesinin ekologiyaya və insan
sağlamlığına zərərli olduğunu qeyd edir. Onun sözlərinə görə,
filizin belə şəkildə çıxarılması zamanı landşaftın genişmiqyaslı
deqradasiyasından söhbət gedir. Bu zaman münbit torpaq qatı məhv
olur.
“Konkret Muşevaninin vəziyyətində filiz çıxarılması
partlayışlar vasitəsi ilə olmalıdır. Bu da əlavə təsirə səbəb olur.
Bir tərəfdən bu insan sağlamlığına və digər tərəfdən yenə də
ekologiyaya təsir edir. Muşevaniyə gəldikdə burada ildə 55
partlayışın həyata keçirilməsi planlaşdırılır. Bu deməkdir ki,
həftədə bir və ya iki partlayış olacaq. Bu insanlar üçün ilk
növbədə güclü səs-küydür ki, onların psixi sağlamlığına təsir edir,
eləcə də əlbəttə, somatik olaraq da təsir göstərir. Şirkətin yeganə
yumşaq davranışı odur ki, insanlara partlayış barədə xəbərdarlıq
edəcəklər və bu onlar üçün təsirin yüngülləşdirilməsi deməkdir.
Amma bu çıxış yolu deyil. Nə qədər xəbərdarlıq da etsələr, həftədə
iki partlayışı dinləmək, əlbəttə, insan sağlamlığına təsir
göstərəcək. Buna uşaqlar, qocalar, xəstələr də əlavə olunur. Onlar
üçün xəbərdarlığın heç bir əhəmiyyəti yoxdur. Buna hazır olmaq
mümkün deyil”.
Nino Qucaridze qeyd edir ki, açıq mədən üsulu ilə filiz
çıxarılmasında mənfi təsirlərinin bütöv spektri baş verir və bu
ekologiyada cidi dəyişikliklər yarada bilər, sürüşmə prosesləri
başlaya bilər. Partlayışdan yaranmış təkanlar tikililərə ziyan
vura, havaya sovrulan toz isə sağlamlıq riskləri yarada bilər.
Şirkət yüngülləşdirmə proseslərini araşdırmalı, öyrənməli və
planlaşdırmalı idi. Amma Muşevanidə belə işlər aparılmayıb.
Muşevani sakinləri bildirirlər ki, öz hüquqlarını sona qədər
qorumağa və şirkətə kəndə ziyan vurmaq bahasına filiz çıxarmağa
imkan verməməyə hazırdırlar.