USAID etnik və dini azlıqlar üçün 20 milyon dollarlıq layihəyə başlayır
USAID yeni proqrama başlayır. Proqramı Gürcüstan BMT Assosiasiyası tərəfdaş təşkilatlarla birlikdə USAID-in maliyyə dəstəyi ilə həyata keçirir. "Birlik Rəngarənglikdədir" – rəsmi açılışında Amerika Birləşmiş Ştatlarının səfiri Keli Deqnanın iştirak etdiyi layihə belə adlanır. Onun mətbuat ilə söhbəti zamanı bildirdiyinə görə, proqram 20 milyon dollar dəyərindədir və etnik, dini azlıqların gücləndirilməsini nəzərdə tutur.

"Etnik azlıq nümayəndələrinin ölkənin firavanlığı və inkişafında iştirak etməsini nəzərdə tutan proqram əsrlik ənənəni davam etdirməyə yönəlib. Gürcüstanın bu baxımdan çox böyük zənginliyi var. Gürcüstanın müxtəlif azlıq nümayəndələrinin Gürcüstanın inkişafında iştirak etməsi, onun xəzinəsini qoruması, ictimaiyyətin iqtisadi, yaxud ölkənin başqa yöndə inkişafı ilə bağlı uzun əsrlik ənənəsi var. Bu layihə çərçivəsində əlbəttə, hökumət, vətəndaş cəmiyyəti, yerli tərəfdaşlarla əməkdaşlıq olacaq ki, etnik, dini azlıq nümayəndələrinə ictimai həyatın inkişafında iştirak etmək əlçatan olsun. Öz ideyalarını, fikirlərini fəal olaraq səsləndirsinlər və ölkənin ictimai, iqtisadi və ya sosial inkişafında iştirak etsinlər”, – Keli Deqnan bildirib.

USAID-in “Birlik Rəngarənglikdədir” adlı yeni proqramının rəsmi açılışı Tbilisidə baş tutub. Proqramın açılışında beynəlxalq və qeyri-hökumət təşkilatı nümayəndələri, Barış və Vətəndaş Bərabərliyi Məsələləri üzrə Dövət naziri, Marneulidə işləyən qeyri-hökumət təşkilatları, başqa dəvət edilmiş qonaqlar iştirak ediblər.

Print Email
FaceBook Twitter Google