Marneuli bələdiyyəsinin Nəzarət Xidməti müxtəlif qayda
pozuntularına yerində cərimə yazacaq.
İznibati Xətalar Məcəlləsində edilmiş dəyişikiklər nəticəsində
meriyanın Nəzarət Xidməti bələdiyyə torpağının qanunsuz
mənimsənilməsi, tullantıların atılması və səs-küy yaratmaq kimi
məsələlərlə bağlı məhkəmədən kənar, sərbəst şəkildə cərimələr yaza
bilər.
Marneuli bələdiyyəsinin yerli özünüidarəsi Nəzarət Xidmətinə üç
ədəd sinə kamerasını sadələşdirilmiş qaydada alıb. Meriya
kameraları “Georgian İnnovation Technology” MMC-dən 1 930 lariyə
alıb.
Marneuli meriyasının Nəzarət Xidmətinin rəhbəri Tural İsmayılov
“Marneuli” radiosu ilə söhbəti zamanı bildirdi ki, meriya yaxın
gələcəkdə 2 ədəd səs ölçən cihaz da alacaq.
“Gündüz və gecə saatlarında həddindəna artıq səs-küy
olan halda fiziki eləcə də, hüquqi şəxsləri cərimələyə bilərik.
Bunun üçün səs normasını müəyyən etməliyik və məhz buna görə,
xüsusi aparatura lazımdır. Sinə kameraları ilə bağlı qanunda da
dəyişiklik edilib və bəzi pozuntular bələdiyyənin hüquqlarına
keçib. Bələdiyyənin müvafiq xidməti, bu halda bizim, Nəzarət
Xidməti yerində vəziyyəti araşdıracaq, pozuntunu qiymətləndirəcək,
lazım olan halda yerində vətəndaşa cərimə yazacaq. İndiyə qədər
bütün qayda pozuntularına görə protokol tərtib edirdim və məhkəməyə
göndəriridik, müzakirə edirdilər. İndi isə həmin pozuntulara görə,
özümüz cərimə yaza bilərik”, – Tural İsmayılov
bildirdi.
Marneuli meriyasının Nəzarət Şöbəsi rəhbərinin açıqlamasına görə,
şöbəyə sinə kameraları faktı qeydə almaq, eləcə də Nəzarət
Şöbəsinin yerində qayda pozuntusunu aşkarladığı zaman həyata
keçirəcəyi prosedurlar üçün lazımdır. İsmayılovun sözlərinə görə,
sinə kameraları vasitəsi ilə faktı təsdiq etmək asanlaşacaq və
etiraz olan halda meriyanın cərimə qəbzini yazdığı ilə bağlı video
qeyd olacaq. Qəbzdə qayda pozuntusunun əsası ətraflı qeyd
olunacaq.