Marneuli bəllədiyyəsinin yerli özünüidarəsi 2024-cü ildə həyata
keçirilmiş 16 infrastruktur layihəsinin smeta sənədlərinin tərtib
edilməsi üçün tender elan edib.
Meriya tərəfindən 26 dekabr tarixində elan edilmiş tenderə görə,
özünüidarə Marneuli şəhərində müxtəlif tikili və parkların
tikinti/bərpası üçün lazımı smeta sənədlərinin tərtib edilməsi
xidmətini alacaq.
Meriyanın smeta sənədlərini alacağı layihələrin siyahısını və
ehtimal edilən vəsaiti sizə təqdim edirik:
- Marneuli şəhərinin Yağlıca küçəsində eko-miqrantlar
məntəqəsində idman meydançasının və parkın tikintisi – ehtimal
olunan vəsait 200 000 lari
- Marneuli şəhərinin Yağlıca məntəqəsindəki uşaq
bağçasının həyətinin abadlaşdırılması – ehtimal edilən vəsait 120
000 lari
- Marneuli şəhərinin Rustaveli küçəsində N51-də yerləşən
parkın bərpası – ehtimal edilən vəsait 200 000 lari
- Marneuli şəhərinin Rustaveli küçəsində trenajorların
qurulması və mövcud uşaq meydançasının bərpası – ehtimal olunan
vəsait 200 000 lari
- Marneulinin Rustaveli küçəsi N84-də istirahət məkanın
tikintisi – ehtimal edilən vəsait 300 000 lari
- Ağmaşenebeli küçəsində yerləşən çoxmənzilli yaşayış
evinin həyətində park salınması – ehtimal edilən vəsait 60 000
lari
- Qırmızıkənddə idman meydançasının tikintisi – ehtimal
edilən vəsait 150 000 lari
- Daştəpədə idman meydançasının tikintisi – ehtimal
edilən vəsait – 150 000 lari
- Marneuli şəhərinin 20 yanvar küçəsində idman
meydançasının tikintisi – ehtimal edilən vəsait 150 000
lari
- Maradisi kəndində idman meydançasının tikintisi –
ehtimal edilən vəsait 150 000 lari
- Qullar kəndində idman meydançasının tikintisi – ehtimal
edilən vəsait 150 000 lari
- Tamarisi, Saimerlo, Tsereteli və Dəmyə-Görarxıdakı
idman meydançalarının bərpası – ehtimal olunan vəsait 240 000
lari
- Marneuli şəhərində küçə basketbol meydançasının və
trenajorların qurulması (Yenə də Böyüyəcəklər heykəlinin ərazisi) –
ehtimal olunan vəsait 60 000 lari
Marneuli meriyası müxtəlif bina-tikililərin və parkların
tikinti/bərpası üçün lazımı smeta sənədlərinin tərtib edilməsi
xidmətinin alınması üçün 54 900 lari dəyərində tender elan
edib.