Marneuli bələdiyyəsində, Təzəkənddə ümumi kənd toplantısı təkrar
olaraq 25 fevral tarixində keçiriləcək.
Bu barədə Marneuli meriyasının veb-səhifəsində məlumat
yayımlanıb.
Kəndə dəstə proqramı çərçivəsində əhali ilə görüşlər saat 12:00-da
başlayacaq. Birinci toplantı Sadaxlı inzibati vahidliyində,
Təzəkənddə, 14 fevral tarixində keçirildi. Ancaq əhalinin kifayət
qədər sayda iştirak etməməsinə görə, toplantı baş tutmadı. Təzəkənd
üçün mərkəzi büdcədə 16 000 lari
ayrılıb.
Marneuli bələdiyyəsində kənd toplantıları davam etdirilir. 23
fevral tarixində altı kənddə, Kürtlər, Baydar, Böyük Muğanlı,
Xocorni, Qiulbağ və Tsopidə kənd toplantıları keçiriləcək.
- Kürtlər inzibati bina ərazisi – 23 fevral, saat
12:00
- Baydar məktəb ərazisi – 23 fevral, saat
11:00
- Böyük Muğanlı məktəb ərazisi – 23 fevral, saat
13:00
- Xocorni məktəb ərazisi (Xocorni, Brdazor) – 23 fevral,
saat 11:00
- Qiulbağ, məktəb ərazisi – 23 fevral, saat
12:00
- Tsopi – məktəb ərazisi – 23 fevral, saat
13:00
Prioritetlərin seçilməsi məqsədi ilə əhali ilə görüşlər 26 fevrala
qədər davam edəcək. Kəndə dəstək proqramı üçün 2024-cü ildə
Gürcüstanın Regionlarda Həyata Keçiriləcək Layihələr Fondundan 1
232 000 lari ayrılıb. Kəndlərə vəsait əhalinin sayına görə bölünüb.
Hər kəndə ən az 10 000 lari, ən çox isə 20 000 lari nəzərdə
tutulub.