“Mtavari Arxi” telekanalı Marneuli və Hucabinin yepiskopu Qiorqi
Camdelianin
nikah bağlaması barədə məlumat yayıb. Televiziyanın hazırladığı
süjetə əsasən, Mestiyadan olan mənbə onlara bildirib ki, Marexi
Caparidze bir neçə ay əvvəl Sinodun üzvü olan Qiorqi Camdelianinin
həyat yoldaşı olub. Keşiş İlia Çiğladze yepiskopun evləndiyini
təsdiq edib. Camdelianinin fikrincə keşiş intiqam motivi ilə onun
haqqında yanlış məlumat yayır. Qiorqi
Camdelianinin sözlərinə görə,
İlia Çiğladze onun yanında xidmət göstərirmiş və “üsyankar
xarakterinrə” görə qovulub.
“Daha ətraflı deyim, onlar bir neçə ay əvvəl imza atıblar, rəsmi
vətəndaş nikahına giriblər, payızda Camdeliani Patriarxlığa
çağırılıb, məsələ gündəmə gəlib, ondan imzasını geri götürməyi
istəyiblər və bildiyim qədər o da götürüb, ancaq bildiyimə görə, bu
imza qondarmadır, əslində o, həyat yoldaşı ilə birlikdə yaşamağa
davam edir” – Çiğladze bildirib.
Yepiskop yayılmış məlumatı təkzib edib və bildirib ki, bunlar
hamısı “cəfəngiyyatdır”.
“Bu cəfəngiyyata münasibət bildirməyəcəyəm, hansı Maqda
Caparidzedən danışdığınızı da başa düşmürəm. Çiğladzenin
sayıqlamasına mən rəy bildirməliyəm? O, şəxsi intiqam
məqsədlərindən başqa heç nə ilə hərəkət etmir”- yepiskop
bildirib.
Kilsə qaydalarına görə, yepiskopun ailə qurmaq hüququ yoxdur.
Qeyd edək ki, yepiskop Qiorqi Camdelianiyə dəstək məqsədi ilə
sosial şəbəkədə bu gün möminlər tərəfindən bir çox paylaşımlar
edilib.