Marneuli meriyasının veb-səhifəsinin bərpa ediləcəyi konkret vaxt
yenə də məlum deyil.
Bir aydan artıqdır ki, sayt tam söndürülüb və fəaliyyət göstərmir.
31 iyul tarixində, özünüidarədən “Marneuli” radiosuna bildiriblər
ki, sayt tezliklə işləyəcək, ancaq həmin vaxtdan bir ay ötüb və
sayt işləmir. Veb-səhifəni “Proservis” MMC yaradır.
Şirkət nümayəndələri bizimlə söhbət zamanı bildirirlər ki, onlar
meriyadan asılıdırlar və
meriya servislərin yerləşdirilməsi üçün
yerlərə qərar verməlidir.
Təfərrüatları müəyyən etmək üçün meriyanın İctimaiyyətlə Əlaqələr
Şöbəsinin rəhbəri Davit Çikadze ilə əlaqə saxladıq. O, bildirdi ki,
saytın yenilənməsi işləri yekun mərhələdədir, xidmətin
yerləşdirilməsi ilə əlaqədar danışıqlar aparılır, ancaq saytın
bərpasının konkret vaxtını qeyd etmirlər.
“İşləyirik, sayt yenilənmə prosesindədir, artıq demək
olar yekundayıq və tezliklər yenilənmiş sayt olacaq”,
– Davit Çikadze bildirib.
Yerli özünüidarə saytın söndürülməsi haqqında sosial şəbəkədə
məlumat yerləşdirməyib.
Yerli özünüidarə yeni saytın yaradılmasını sadələşdirilmiş qaydada
həyata keçirir. Bunun üçün “Proservis” MMC-yə 7 500 lari
ödəyib.
Müqavilənin texniki tapşırığına görə, saytın dizaynında
bələdiyyənin loqosu və adı yer almalıdır. Eləcə də sayt gürcü və
ingilis dilləri arasında keçid funksiyasına malik olmalıdır.
Meriyanın yenilənmiş saytında görə biləcəklərinizi sizə təqdim
edirik:
- Mətn səhifəsi (meriya, Bələdiyyə Məclisi
haqqında)
- Görməli yerlər
- Bələdiyyənin, meriya və Bələdiyyə Məclisi
əməkdaşlarının modulu
- Bələdiyyə xidmtələri
- Fərmanlar
- İclas protokolları
- Müsabiqələr
- Hesabatlar
- Yeniliklər
- Bürolar
- Komissiyalar
- Fraksiyalar
- Sosial proqramlar
- Müraciətlər
- Foto qalereya
- Video qalereya
- Əlaqə
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415