Marneuli meriyası 10 ədəd Gürcüstan bayrağının alınmasına 12 500
lari xərcləməyi planlaşdırır.
Meriya 17 dekabr tarixində Gürcüstanın dövlət bayraqlarının
alınması üçün tender elan edib.
Özünüidarə müxtəlif ölçülü bayraqlar alacaq:
- 5 ədəd bayraq - 4mX6m
- 5 ədəd bayraq - 10mX15m
Tender sənədlərinə əsasən, asma (xarici istifadə üçün) parça:
paraşüt materialından hazırlanmalıdır.
“Bayraq dörd tərəfdən 10 sm enində bərk parça, rəqəmsal
çap, sublimasiya, nüfuzedici, ən yüksək keyfiyyət - Avropa
standartı ilə tikilməlidir; Bayrağın sol tərəfində şaquli şəkildə
tikilmiş ştapellər olmalıdır. Bayraq və bayrağın rəngi dövlət
standartına uyğun olmalı, soyulmamalı, yuyulmamalı və güclü küləyə
davamlı olmalıdır. Dəmir bəndlərin diametri ən az 5 sm olmalı,
bəndlərin sayı alıcı ilə razılaşdırılacaq. Parçanın çəkisi 1 kv.
m-ə 120 q-dan az olmamamlıdır”, – sənədlərdə qeyd
olunub.
Tenderdə iştirak etmək istəyən şirkətlər 24-26 dekabr tarixlərində
təkliflərini təqdim edə bilərlər.
Qalib müqavilə imzalandıqdan sonra 40 gün ərzində bayraqları
meriyaya təhvil verməlidir.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415