Marneuli meriyası binasının mühafizə xərcləri 50 400 lari artır
Marneuli meriyası binasının və “Yenə də Böyüyəcəklər” abidəsinin mühafizə xidmətinin xərcləri 2025-ci ildə də artacaq. Marneuli yerli özünüidarəsi meriya binasının, bələdiyyəyə məxsus obyektin – “Yenə də Böyüyəcəklər” abidəsinin, meydanının və onun ətrafının əvvəlki illərdə olduğu kimi odlu silahla 24 saat mühafizə olunması xidmətini alıb. Xidmət birbaşa Gürcüstan Daxili İşlər Nazirliyinin Mühafizə Polis Departamentindən alınıb.

Təhlükəsizlik xidmətləri
2024-cü illə müqayisədə 2025-ci ildə 50 400 lari artıb.

“Bildiyiniz kimi, Gürcüstan hökumətinin qərarına əsasən, 2022-2025-ci illərdə dövlət xidmətləri, o cümlədən, Daxili İşlər Nazirliyi sistemində dövlət məmurlarının maaşlarının hər il artırılması nəzərdə tutulur. Müvafiq olaraq, Daxili İşlər Nazirliyinin sisteminin çoxsaylı struktur bölmələrindən biri olan Mühafizə Polisi Departamenti tərəfindən bu istiqamətdə hazırlıq işlərinə başlanılıb və müvafiq tədbirlər həyata keçirilib.

Qeyd olunan hallar nəzərə alınaraq, mühafizə xidmətinin təkmilləşdirilməsi, operativliyin və səmərəliliyin artırılması, yüksək ixtisaslı kadr resurslarının cəlb edilməsi, əməkdaşlar üçün layiqli əmək şəraitinin yaradılması məqsədilə Mühafizə Polisi Departamentində müvafiq qaydada mühafizə xidmətlərinin göstərilməsi barədə qərar qəbul edilib. Bu bizim aşağıdakı təklifimizi nəzərdə tutur: 1 yanvar 2025-ci ildən cari xidmətin dəyəri – ayda 20787 lari, artım – 4200 lari, o cümlədən obyekt müavinəti – 3900 lari və baş müfəttişin nəqliyyat xərcləri – 300 lari”,
– Daxili İşlər Nazirliyinin Marneuli merinə yazdığı məktubda qeyd olunur.

2025-ci ildə Marneuli meriyası təhlükəsizlik xidmətlərinə 299 844 lari xərcləyəcək. Meriya eyni xidmət üçün 2024-cü ildə 249 444 lari, 2023-cü ildə 202 800 lari, 2022-ci ildə 162 000 lari ödəyib.


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415

Print Email
FaceBook Twitter Google