Marneuli Bələdiyyə Məclisinin qərarı ilə meriyanın yük maşını
sürücüsünə yeni funksiya, generatora xidmət göstərilməsi əlavə
edilib və onun əməkhaqqı artırılıb.
Marneuli Bələdiyyə Məclisi bu gün, 17 yanvar tarixində keçirilən
iclasda müvafiq qərar qəbul edib. İclasda 7 məsələ müzakirəyə
çıxarılıb, deputatlar onların hamısını dəstəkləyiblər.
Bələdiyyə Məclisinin müsbət qərar verdiyi ilk məsələ Marneuli
Bələdiyyə Məclisinin 25 dekabr 2023-cü
il tarixli 80 saylı
“Marneuli Bələdiyyəsində əmək müqaviləsi ilə işə götürülən
şəxslərin sayı və maaşının artırılması haqqında razılaşma barədə”
qərarında dəyişiklik edilməsi ilə bağlı olub. Dəyişikliyə əsasən,
meriyanın sürücüsünə yeni funksiya, generatora xidmət göstərilməai
əlavə edilib və bu səbəbdən onun maaşı 300 lari artırılıb.
Məsələni Bələdiyyə Məclisi üzvlərinə Marneuli İnzibati Xidmətinin
rəhbəri Mamuka Şubitidze təqdim edib.
“Biz sürücünün funksiyasını başqa funksiya ilə
birləşdirdik. Xüsusilə, bildiyiniz kimi, bələdiyyənin elektrik
enerjisinin fasiləsiz olması üçün mütləq generator olmalıdır, ona
görə də generatora xidmət göstərilməsi funksiyalarını əlavə etdik
və buna uyğun olaraq maaşı təxminən 300 lari artırdıq. Ayrı bir
işçinin işə götürülməsinin daha yüksək xərclərə səbəb olacağını
nəzərə alaraq, bələdiyyə daha az xərclə nəticə əldə etməyə diqqət
yetirir və biz bu qərarı verdik”, – Mamuka Şubitidze
bildirib.
Qeyd edək ki, bu gün, 17 yanvar tarixində keçirilən iclas Marneuli
Bələdiyyə Məclisinin 2025-ci ildə keçirilən ilk iclası idi.
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli" radiosunun
Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415