Hakim Manuçar Tsatsua əlilliyi olan Duta Cavaxişvilini inzibati
xəta törətməkdə təqsirli bilib və onu 5000 lari məbləğində
cərimələyib.
Qanun əlilliyi olan şəxslər üçün həbs cəzası əvəzinə 5000 lari
məbləğində cərimə nəzərdə tutur.
Daxili İşlər Nazirliyi Duta Cavaxişvilini 7 fevral tarixində yolun
hərəkət hissəsini bağlamaqda ittiham edirdi.
“Əlilliyi olan şəxsin törətdiyi əməli dərk edib-etmədiyini müəyyən
etmək
üçün” hakimin qərarı ilə məhkəmə prosesinə həkimlər çağırılıb
və dindirilib. Son məhkəmə iclasında isə Samxarauli Ekspertiza
Bürosunun eksperti dindirilib. Həkimlərin dindirilməsi ilə bağlı
prosesin bir hissəsi ictimaiyyət üçün qapalı keçirilib.
Həm Duta Cavaxişvilinin özü, həm də onun vəkilləri hesab edirlər
ki, hakimin həkimlərin dindirilməsi ilə bağlı qərarı ayrı-seçkilik
xarakteri daşıyır.
Cavaxişvilinin vəkili Tamar Qabodzenin sözlərinə görə, onlar
ekspertin prosesdən kənarlaşdırılması barədə vəsatət qaldırıblar,
çünki vəkillərin fikrincə, buna nə ehtiyac var idi, nə də hüquqi
əsas. Lakin hakim onların vəsatətini təmin etməyib.
“Ümumilikdə bu tendensiya ayrı-seçkilik xarakterlidir
və qəbuledilməzdir. Məhkəmənin insanların sağlamlıq vəziyyəti ilə
bu şəkildə davranması, hansı eksperti nə vaxt çağıracağını və hansı
ekspertlə şəxsi məlumatları paylaşacağını özü müəyyən etməsi
yolverilməzdir. Bunun tamamilə başqa hüquqi standartları olmalıdır.
Şəxsin hüquqi mənada öz hərəkətlərini dərk etməsi məsələsi
cinayət-prosessual qanunvericiliklə müəyyən olunur. Bunun üçün çox
aydın və ciddi meyarlar tələb olunur və bu, ümumiyyətlə, hakimin
səlahiyyətinə aid məsələ deyil,” — deyə Tamar Qabodze
izah edib.
Dünən, 14 may tarixində məhkəmə əlilliyi olan başqa bir şəxslə
bağlı da səkini bağlama ittihamı üzrə qərar elan edib.
Hakim Tornike Kapanadze Davit Papaşvilinin əleyhinə açılmış səkini
bağlama işi üzrə icraata xitam verib.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.