Avrointeqrasiya məsələləri üzrə keçmiş dövlət naziri Aleksi Petriaşviliyə səkidə dayandığına görə 3 günlük həbs cəzası verilib
Avrointeqrasiya məsələləri üzrə keçmiş dövlət naziri Aleksi (Buka) Petriaşviliyə səkidə dayandığına görə 3 günlük inzibati həbs cəzası verilib.

Qərarı Tbilisi Şəhər Məhkəməsinin hakimi Tornike Kapanadze qəbul edib.

Daxili İşlər Nazirliyi Petriaşvilini 17 dekabr tarixində parlament binasının qarşısında səkidə piyadaların hərəkətinə maneə yaratmaqda ittiham edirdi.

“Xarakter etibarilə son dərəcə qanunpərəst bir insanam. Təəssüf ki, bu, son dövrlərdə
mənə yazılan cərimələrdə öz əksini tapmır. Videoda heç bir əlamət yoxdur ki, kiminsə [səkidə] hərəkəti məhdudlaşıb və ya çətinləşib. Mənim ətrafımda [hərəkət üçün] kifayət qədər yer var idi, ətrafımda insanlar sərbəst hərəkət edirdilər. 17 dekabrda bizim olduğumuz məkanda heç bir pozuntu olmayıb, Daxili İşlər Nazirliyi tərəfindən də heç bir xəbərdarlıq edilməyib. Əgər Daxili İşlər Nazirliyinin planı insanları cəzalandırmaq və həbsə göndərməkdirsə, bu artıq başqa məsələdir...

Bu qanun tamamilə anormaldır. Gürcüstan Konstitusiyasına açıq şəkildə ziddir. Vətəndaşların etirazına səbəb olan da məhz bu cür qanunlardır. Bizim etirazımızı dinc şəkildə ifadə etmək hüququmuz var. Bu etirazlarda iştirak edən insanların böyük əksəriyyəti öz narazılığını dinc şəkildə bildirir. Orada çoxlu sayda polis əməkdaşı var və onlar da təsdiqləyirlər ki, heç bir qanun pozuntusu baş vermir. Amma qəbul etdikləri qanunlar beynəlxalq standartlardan və Gürcüstan Konstitusiyasından uzaqdır,”
— Petriaşvili qərar elan olunmazdan əvvəl hakimə bildirib.

Hakim Kapanadze etiraz aksiyasının digər iştirakçısı Sandro Sexniaşvilinin işinə də baxıb və ona şifahi xəbərdarlıq edib.

Daxili İşlər Nazirliyi Sexniaşvilini 7 fevral tarixində parlament qarşısında avtomobil yolunu bağlamaqda ittiham edirdi.

Mənbə: Publika


Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.

Print Email
FaceBook Twitter Google