Daxili İşlər Nazirliyinin bu saatlar üçün dərc etdiyi cinayət
xəbərləri
Tbilisidə avtomobil oğurluğuna görə əvvəllər dəfələrlə
məkum olunmuş şəxs saxlanılıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin
İsani-Samqori Baş Polis İdarəsinin əməkdaşları nəqliyyat vasitəsini
oğurlamaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məkum olunmuş və
hazırda şərti cəza çəkən bir şəxsi saxlayıblar.
İstintaqla müəyyən edilib ki, təqsirləndirilən şəxs nəqliyyat
vasitəsini qanunsuz olaraq ələ keçirərək hadisə yerindən qaçıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları cinayət yolu ilə ələ
keçirilmiş mikroavtobusun yerini elə həmin gün Kaxeti bölgəsinin
bələdiyyələrindən birində müəyyən edərək onu maddi sübut kimi
götürüblər.
Polis isti izlərlə keçirilmiş əməliyyat-axtarış və istintaq
tədbirləri nəticəsində cinayəti törədən şəxsi təqsirləndirilən şəxs
qismində saxlayıb.
İstintaq Cinayət Məcəlləsinin 177-ci maddəsinin 3-cü hissəsinin “d”
bəndi ilə aparılır ki, bu da 7 ilədək müddətə azadlıqdan məhrumetmə
cəzasını nəzərdə tutur.
Dələduzluq və saxta sənəd hazırlayıb istifadə etməkdə
şübhəli bilinən yalançı vəkil saxlanılıb
Daxili İşlər Nazirliyinin Tbilisi Polis Departamentinin İstintaq
Baş İdarəsinin Dələduzluqla Mübarizə İdarəsinin və Detektivlər Baş
İdarəsinin əməkdaşları külli miqdarda vəsaiti dələduzluq yolu ilə
ələ keçirmə, saxta rəsmi sənəd hazırlama və istifadə etmə ittihamı
ilə bir şəxsi saxlayıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən iş üzrə komplekt
şəkildə aparılmış istintaq tədbirləri nəticəsində müəyyən olunub
ki, təqsirləndirilən şəxs özünü xarici ölkə vətəndaşlarına vəkil
kimi təqdim edib. O, Gürcüstanda yaşamaq və işləmək hüququ əldə
etmək üçün sənədlərin hazırlanmasında köməklik göstərmək
müqabilində həmin şəxslərdən 58 000 lari alıb, lakin vədinə əməl
etməyərək həmin məbləği dələduzluq yolu ilə mənimsəyib.
Zərərçəkənlər narazılıqlarını bildirdikdən sonra təqsirləndirilən
şəxs saxta bank köçürmə sənədi hazırlayıb və həmin sənəddən
istifadə edərək zərərçəkənləri güya məxsus olan pulu geri
qaytardığına inandırmağa cəhd göstərib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxsi
hakim qərardadı əsasında saxlayıblar.
İstintaq Cinayət Məcəlləsinin 180-ci və 362-ci maddələri ilə
aparılır ki, bu da 9 ilədək müddətə azadlıqdan məhrumetmə cəzasını
nəzərdə tutur.
Genişmiqyaslı narkoəməliyyat: 7 şəxs saxlanılıb, külli
miqdarda narkotik vasitə və odlu silah götürülüb
Daxili İşlər Nazirliyinin Mərkəzi Kriminal Polis Departamentinin
əməkdaşları narkocinayətdə şübhəli bilinən 7 şəxsi saxlayıblar.
Xüsusilə külli miqdarda narkotik vasitələri və psixotrop maddələri
qanunsuz əldə etmə-saxlama, satışına şərait yaratma, habelə
tərkibində narkotik maddələr olan bitkiləri qanunsuz becərmə
ittihamı ilə həm Gürcüstan, həm də xarici ölkə vətəndaşları
saxlanılıblar.
Hüquq-mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin
üzərində və müvəqqəti yaşayış evlərində keçirilmiş axtarışlar,
habelə onların göstərdikləri yerlərdən satış üçün hazırlanmış
xüsusilə külli miqdarda müxtəlif növ narkotik vasitə və psixotrop
maddələri, o cümlədən: “mefedron”, “metadon”, 4 kiloqramadək
“marixuana”, 21 kol “çətənə” bitkisi və 323 həb “preqabalin”i maddi
sübut kimi götürüblər.
Saxlanılanlar arasında elə şəxslər var ki, onların ifşa olunması
məqsədilə polis adlarına göndərilmiş bağlamaların əvəzlənməsini
həyata keçirib və xüsusilə külli miqdarda narkotik vasitələri
müsadirə edib.
İstintaq tədbirləri nəticəsində hüquq-mühafizə orqanlarının
əməkdaşları tərəfindən narkotik vasitələrin qablaşdırılması üçün
lazım olan materiallar və odlu silah da götürülüb.
İstintaq Cinayət Məcəlləsinin 260, 260-cı dörddəbir, 19-260, 261,
265-ci prim, 273-cü və 236-cı maddələri ilə aparılır ki, bu da 20
ilədək və ya ömürlük azadlıqdan məhrumetmə cəzasını nəzərdə
tutur.