Peskov Paşinyanın Şanxay sammitində niyə rus dilində danışmadığını anlamayıb

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Ermənistanın baş naziri Nikol Paşinyanın Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində erməni dilində çıxış etməsini şərh edib.


“Düşündüm ki, rus dilində tərcüməni eşitmək üçün hansı ‘qulaqcığı’ taxmalıyam. Həmçinin düşündüm ki, görəsən, rus dilinə tərcümə olacaqmı, erməni dilindən rus dilinə tərcüməçi varmı. Tərcümə oldu”, – Kremlin nümayəndəsi bildirib.

Bununla yanaşı, Peskov
Paşinyanın çıxışını “Ermənistanın suverenliyi barədə bəyanat vermək” siqnalı kimi qiymətləndirib.

“Düzünü desəm, başa düşmədik ki, bunu niyə yalnız rus dilində bəyan etmək olmaz. Lakin bu, dövlət başçısının seçimidir və biz buna hörmətlə yanaşırıq. Əgər bu, onun üçün bu qədər vacibdirsə, əgər əsas məsələ budursa, onda bu seçimə də hörmətlə yanaşırıq”, – Rusiya liderinin mətbuat katibi deyib.

TASS-ın müxbirinin məlumatına görə, bir gün əvvəl Paşinyan MDB-yə üzv ölkələrin liderləri arasında Bişkekdə keçirilən ŞƏT+ sammitində çıxışı zamanı rus dilindən istifadə etməyən yeganə lider olub. Bundan əvvəl Ermənistanın baş naziri bu tip tədbirlərdə ənənəvi olaraq rus dilində çıxış edirdi.


Mənbə: Netgazeti

Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda! Linkə daxil olub abunə olun!
Digər maraqlı xəbərlər "Marneuli" radiosunun Facebook səhifəsində.
Bizi "Telegram"da izləyin.
Bizi "TikTok"da izləyin.
Bizi "İnstagram"da izləyin.
Bizi "X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin! +995557994415


Gürcüstanın hər yerindən olan 22 onlayn media birləşdik ki, gec olmadan mübarizə aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir. https://sinatle.media/

Müstəqil onlayn medianı dəstəkləmək üçün ianə et:

# GE76TB7548536080100013
# GE70BG0000000609775306

Repressiv rejim müstəqil onlayn medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22 media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi. Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri birləşdirməkdir.



 

Print Email
FaceBook Twitter Google