“Vahid Milli Hərəkat”ın liderlərindən biri Qiorqi Baramidze
hakim Eka Barbakadzenin qərarı ilə qətimkan tədbiri olaraq həbs
edilib.
Məhkəmə prosesi sentyabrın 12-də Tbilisi Şəhər Məhkəməsində
keçirilib.
Keçmiş yüksək vəzifəli şəxs sentyabrın 11-də axşam saatlarında öz
evində saxlanılıb. O, Cinayət Məcəlləsinin 307¹ və 318-ci
maddələrinə uyğun olaraq “vətənə xəyanət” və “təxribat” ittihamları
ilə saxlanılıb.
Sözügedən ittihamlar 4 ilədək
müddətə azadlıqdan məhrumetməni
nəzərdə tutur.
Cinayət Məcəlləsinə “vətənə xəyanət” maddəsini “Gürcü Arzusu”
2025-ci ildə geri qaytarıb.
Saxlanılan şəxsin vəkili Beka Basilaianın sözlərinə görə, həbs
qətimkan tədbirinin seçilməsi siyasi sifariş və qanunsuz
qərardır.
“Qia Baramidzenin ittiham olunması üçün heç bir əsas
yoxdur. Prokurorluğun şərh etdiyi bəyanat belə təxribat cinayətinin
tərkibini yaratmır. Yəni prokurorluğun dediklərini insan hətta
həqiqət kimi qəbul etsə belə, bu, cinayət əməli tərkibi yaratmır”,
– vəkil məhkəmə iclasından sonra media
nümayəndələrinə bildirib.
Beka Basilaia deyib ki, “Gürcü Arzusu” hakimiyyəti nümayəndələrinin
bəyanatları Gürcüstanın maraqlarına zərər vurur. O, buna misal
olaraq “Bidzina İvanişvilinin bizim günahkar olduğumuzu və
abxazlardan və osetinlərdən üzr istəməli olduğumuzu bildirməsini”,
həmçinin “İrakli Kobaxidzenin 7-də Tsxinvalini artilleriya atəşi
ilə bombaladığımız və bunun ardınca rusların daxil olduğu barədə
bəyanatını” göstərib.
“İrəli sürülmüş ittiham dövlət institutlarının normal
fəaliyyət göstərməsinə, normal şəkildə funksiyalarını yerinə
yetirməsinə mane olmağı nəzərdə tutur. Hazırkı cinayət işi üzrə
müxtəlif dövlət qurumlarının nümayəndələrinin dindirilmə
protokolları kimi sübutlar təqdim olunub və həmin dindirmə
protokollarında ittiham barədə qərarda əksini tapmış hallar ətraflı
şəkildə göstərilib”, – prokuror Tamar İakobidze
məhkəmə iclasından sonra jurnalistlərə bildirib və dindirilənlər
arasında “Xarici İşlər Nazirliyinin və Barışıq və Vətəndaş
Bərabərliyi Aparatının səlahiyyətli nümayəndələrinin” olduğunu
təsdiqləyib.
İstintaqın məlumatına görə, irəli sürülmüş ittihamlar müxalifətçi
siyasətçinin iyulun 18-də “Gürcüstanın doğuluşu” verilişində
səsləndirdiyi bəyanatlarla bağlıdır.
“Qiorqi Baramidzenin yaydığı məlumat əsassız və
uydurmadır, məqsədyönlü, ideoloji-informasiya xarakteri daşıyır və
Gürcüstanın dövlət və milli maraqlarına, xarici təhlükəsizliyinə,
müdafiə qabiliyyətinə və dövlət institutlarına zərər vurmağa xidmət
edir”, – prokurorluq sentyabrın 11-də bildirib.
İaqo Xviçianın verilişində Qiorqi Baramidze Abxaziya müharibəsi
zamanı əsirlərin dəyişdirilməsi məsələsinə toxunub, əsir götürülmüş
gürcüləri azad etmək üçün Suxumiyə necə getdiyini xatırladıb və
bildirib ki, əsirlərin dəyişdirilməsi çətinləşib, çünki “bizim
əsirlərimiz yox idi. Bizimkilər əsir götürmürdülər”.
– Xviçia: “Bəs qarşı tərəfdə də eyni şey baş vermirdi?”
– Baramidze: “Orada intizam var idi. Çünki orada rus intizamı var
idi və onlar əsir götürürdülər”.
Daha sonra Qiorqi Baramidze bir neçə açıqlama verib və bildirib:
“Mən deməmişəm ki, biz əsir götürürdük və sonra onları
güllələyirdik”.
Vəkil Beka Basilaianın sözlərinə görə, Baramidze sonda açıq şəkildə
izah edib ki, “söhbət əsir götürülmüş və ya təslim olmağa hazır
olan şəxsin güllələnməsindən getmirdi. Söhbət ondan gedirdi ki,
hərbi əməliyyatlar elə aparılırdı ki, əvvəlcə əsir götürülməsi
planlaşdırılmırdı, xüsusilə də mahiyyət etibarilə ərazi müdafiə
qüvvələri olan bölmələr tərəfindən”.
İaqo Xviçianın verilişində səsləndirdiyi bəyanatlara görə Qiorqi
Baramidze müxalif mövqeli şəxslər arasında da kəskin tənqid olunub.
Lakin sərt tənqid edənlər üçün belə siyasətçinin vətənə xəyanətdə
ittiham olunması ağlasığmazdır.
Mənbə: radiotavisupleba.ge
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.