Əmlak vergisi üzrə 40 000 lari həddi ləğv ediləcək və vergi
yalnız illik gəliri 100 000 laridən çox olan vətəndaşlara şamil
olunacaq.
Bu barədə Parlament çoxluğunun lideri İrakli Kirtsxalia
bildirib.
Onun sözlərinə görə, qanunvericilik təşəbbüsünə əsasən, dəyişiklik
nəticəsində təxminən 81 000 vətəndaşın əmlak vergisini ödəmək
öhdəliyi aradan qaldırılacaq.
„Maliyyə Nazirliyi ilə fəal koordinasiya şəraitində
belə bir qərar qəbul edilib və bu qərar sürətləndirilmiş qaydada
qəbul olunacaq. Əmlak vergisi üzrə hədd 40 000 laridən 100 000
lariyə [qaldırılacaq] – 40 000 lari həddi tamamilə ləğv
ediləcək.
Əmlak vergisi yalnız gəliri 100 000 lari və daha çox olan
vətəndaşlar üçün saxlanılacaq. Bununla da 81 000 şəxsin bu vergisi
ləğv ediləcək“, – deyə Kirtsxalia bildirib.
Parlament qanun layihəsini sürətləndirilmiş qaydada qəbul
edəcək.
Mövcud qanunvericiliyə əsasən, Gürcüstan Vergi Məcəlləsinə uyğun
olaraq, fiziki şəxsin əmlak vergisi ailənin illik gəlirindən və
vergiyə cəlb olunan əmlakın bazar dəyərindən asılıdır.
Vergi dərəcəsi (gəlirdən asılı olaraq):
• 40 000 lariyə qədər gəlir: fiziki şəxs əmlak vergisindən tamamilə
azaddır.
• 40 000–100 000 lari gəlir: vergi dərəcəsi vergi ilinin sonuna
mövcud olan əmlakın bazar dəyərinin 0,05%-dən 0,2%-dək təşkil
edir.
• 100 000 laridən çox gəlir: vergi dərəcəsi əmlakın bazar dəyərinin
0,8%-dən 1%-dək təşkil edir.
Mənbə: Publika
Bizi Teleqramda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub abunə
olun!
Bizi WhatsAppda izləyin! Yeni xəbərlər anında kanalda!
Linkə daxil olub
abunə olun!
Digər maraqlı xəbərlər
"Marneuli"
radiosunun Facebook səhifəsində.
Bizi
"Telegram"da
izləyin.
Bizi
"TikTok"da
izləyin.
Bizi
"İnstagram"da izləyin.
Bizi
"X"da izləyin.
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!
+995557994415
Gürcüstanın hər yerindən olan 22 onlayn media
birləşdik ki, gec olmadan mübarizə
aparaq.
Bu mübarizədə sənin dəstəyin həlledicidir.
https://sinatle.media/
Müstəqil onlayn medianı
dəstəkləmək üçün ianə et:
#
GE76TB7548536080100013
#
GE70BG0000000609775306
Repressiv rejim müstəqil onlayn
medianı yox etməklə hədələyir. Bu real təhlükəni göstərmək üçün 22
media qurumunun vebsaytı müvəqqəti olaraq dayandırıldı. Bu simvolik
addım “İşıq sönməməlidir” kampaniyasından əvvəl həyata keçirildi.
Kampaniyanın məqsədi müstəqil medianı qorumaq üçün dəstəkçiləri
birləşdirməkdir.