Tiflisdə icazəsiz küçə ticarəti – cərimələr çoxala bilər
Parlamentin qanunlayihəsinə əsasən, Tiflisdə icazəsiz küçə ticarətinə dair cərimələr artır. Qanunlayihənin təsdiqlənməsi halında, fiziki və hüquqi şəxs, qeyri-qanuni küçə ticarəti etdiyi halda 50 lari dəyərində məbləğlə cərimlənəcək və məhsulu müsadirə olunacaq. İndi mövcud olan, Tiflisdən başqa ərazi vahidlərini də əhatə edən qanunlayihəyə görə, eyni qanun pozuntusu 20 lari dəyərində məbləğlə cərimələnir və məhsul müsadirə olunur.

Hadisə təkrar olunan zaman şəxs 300 lari dəyərində məbləğlə cərimələnəcək. Qüvvədə olan qanunvericiliklə qeyd olunan halda cərimə yalnız 100 laridir.

Əgər şəxs həmin qayda pozuntusunu müvafiq orqanın səlahiyyətli şəxsinin tələbinə tabe olmamaqla bərabər edərsə onu 200 larilik cərimə, məhsulun müsadirəsi və ya 7 günə qədər həbs olunma gözləyir. Hal-hazırki qanunvericiliyə əsasən, qeyd olunan cəza 50 lari dəyərində cərimələnir, həbs müddəti isə eynidir.

Əgər qeyri-qanuni küçə ticarəti zamanı şəxs nəqliyyat və ya ona qoşulmuş vasitədən istifadə edərsə, 1000 lari dəyərində cərimələnək və əşyanın müsadirəsi ilə cəzalandırılacaq. Əgər qeyd olunan vəziyyətə müvafiq orqanın səlahiyyətli şəxsinin tələbinə tabe olmamaq da əlavə olunursa şəxs 2000 lari dəyərində məbləğlə cərimələnir və ya 7 günə qədər həbs cəzası ilə cəzalandırılır.

Qanunlayihəni parlamentin büro iclasında aprel ayının 26 da müzakirə edəcəklər. onun müəllifləri idarəçi komandanın deputatları: Zaza Gabunia, Mariaş Caşi, Arçil Talakvadze, Beka Odişaria və Aleksandre Kantariadır.

Mənbə: netgazeti.ge
Print