Həkimin məlumatına görə Mindeli mədənində yaralananların vəziyyəti stabildir və tezliklər klinikadan çıxacaqlar
Mindeli mədənində yaralanan mədənçilərin vəziyyəti stabildir. Onlar Kutaisidə müalicə olunurlar. Bu haqda İPN-ə Kutaisinin Referal  klinikasının direktoru İrakli Qoqinava bildirib.

Onun sözlərinə görə, xəstələrin həyati təhlükəsi yoxdur və onlar tezliklə xəstəxanadan çıxarılacaq.

Dünən baş vermiş bədbəxt hadisə nəticəsində üç mədənçi zərər çəkib, onlardan ikisi Kutaisidə biri isə Tkibulidə müalicə olunur.

Mənbə: ipn.ge
Print