Hökumət administrasiyasının rəhbərliyinə Şalva Tadumadze təyin olundu
Gürcüstanın baş naziri Qiorqi Kvirikaşvili Hökumət administrasiyasının rəhbərliyinə Şalva Tadumadzeni təyin edib.
Hökumətin bu günkü iclası Şalva Tadumadzenin təqdimatı ilə başlayıb. Qiorqi Kvirikaşvili Tadumadzeni “yüksək əxlaqlı” kadr kimi səciyyələndirib və ona hökumət administrasiyasının rəhbəri vəzzifəsində müvəffəqiyyətlər arzulayıb.

Şalva Tadumadze bu vəzifədə ötən həftə Qiorqi Kvirikaşvili tərəfindən regional inkişaf və infrastruktur naziri vəzifəsinə təyin olunmuş Maya Tskitaşvilini əvəz edib.

Mənbə: İnterPressNews
Print