Dövlət zorakı deyil, amma təəssüf ki, institutları zəiflətdik – prezident
“Bu gün biz deyə bilərik ki, 2012-ci ildən sonra çox şeyə nail olunub. 6 ilin yekununda demək olar ki, dövlət xarici siyasət baxımından vacib addımlar atdı. Dövlət zorakı deyil, amma 6 il ərzində biz təəssüf ki, institutları zəiflətdik və daha demokratik dövlət sistemi qura bilmədik”, - bu bəyənatı Gürcüstan prezidenti Giorgi Marqvelaşvili parlamentdə çıxışı zamanı bildirib.

O, hakimiyyətdə olduğu 6 il müddət ərzində “Gürcü Arzusu”nu dəyərləndirib və uğurları, problemləri diqqətə yetirib.

“Biz o, reallığa daxil oluruq ki, siyasətdə olanlar bilir, başqa siyasi partiyalar da oraya daxil idilər: Vətəndaş birliyi, Milli hərəkat. Hakimiyyətin o, dərəcədə konsentrə olması baş verir ki, o, idarəçi partiya və demokratiya üçün təhlükəli olur. Bizim bir daha dramatik dəyişikliklər erasına daxil olmaq kimi dəbdəbəmiz yoxdur. Demokratiya və hakimiyyətin bölünməsi mənim qeyd etdiyim bütün bu problemlərə cavabdır. Gürcüstan tarixinin nümunələrini biz nəzərə almalıyıq”, - deyib prezident.

Mənbə: Netgazeti
Print