Gürcüstan hökumət administrasiyasında yenidənqurma işləri başlayır.
Hökumət administrasiyasında yenidənqurmasının başlaması ilə
əlaqədar baş-nazir Giorgi Kvirikaşvilinin 2018-ci ilin 7 may
tarixində olan sərəncamı Gürcüstan hökumətinn veb-səhifəsində
yayımlanıb.
Sərəncamda qeyd olunduğuna əsasən Gürcüstan administrasiyasının
yenidənqurması sistemli, səmərəli idarəçiliyin təmin olunması
məqsədi ilə həyata keçirilir. Nəticədə Gürücstan hökumət
administrasiyasının bir qismində və ya tam olaraq yeni strukturu
qəbul olunacaq.
Yenidənqurma məqsədi ilə həyata keçiriləcək tədbirlərin
planlaşdırılmasını administrativ idarə departamentinin insan
resursları idarəsi xidməti bir ay müddətində təmin etməlidir. Həmin
xidmətə sərəncamı hökumət administrasiyasının hər bir məmuruna
bildirməsi öhdəliyi də verilib.