“Gürcü Arzusu”nun qapalı qurultayında İvanişvilinin sədr olaraq rəsmi şəkildə seçilməsi planlaşdırılır
Gürcüstanın keçmiş baş-naziri Bidzina İvanişvilinin idarəçi partiyanın sədri olaraq rəsmi seçilməsi “Gürcü arzusunun” qapalı qurultayında planlaşdırılır. Bundan sonra isə jurnalistlər yalnız media mərkəzdən qurultayı canlı yayımda izləyə bilərlər.

Partiyanın mətbuat xidmətinin məlumatına görə, siyasi birlik “Gürcü Arzusu – demokratik Gürcüstan”ın beşinci qurultayı 11 mayda, Mtasminda parkında, “Undervili”də olacaq. Orada partiyanın yeni sədrini və yenilənmiş siyasi şuranı seçəcəklər.

Mətbuat xidmətinin məlumatına görə, qurultay iş formatında baş tutacaq, orada partiya heyəti və siyasi komanda üzvləri iştirak edəcəklər.

Mətbuat xidmətinin bildirdiyinə görə, saat 16:00-da qapalı formatda olacaq tədbirdə prosedur hissəsi baş tutacaq və Bidzina İvanişvilini rəsmi olaraq partiya sədri seçcəklər. Onun məlumatına görə, saat 17:00-dan qurultayın rəsmi hissəsinin yayımlanması olacaq və jurnalistlər yerində yerləşən media mərkəzdə qurultayı canlı yayımda izləyə biləcəklər.


Mənbə: Netgazeti
Print