Kvirikaşvili: Hər hansı qarşıdurma və cəmiyyətin parçalanması qəti qəbuledilməzdir
Giorgi Kvirikaşvili iki günlük sükutunu pozub . Baş-nazirin çıxışının mətnini sizə təqdim edirik:

“Dünən səhərdən bizim komandada bizim gənclərin, bizim övladlarımızın, bu gün və dünən küçədə, bu binadan bir neçə metr məsafədə emosional şəkildə müzakirə etdiyi məsələlərin müzakirəsi gedir. Dünən axşam Kaxa Kaladze bizim komandanın adı ilə bəyənat verdi. Bəyənatda bugünkü aktual məsələlərlə bağlı kəskin şəkildə bizim komandanın mövqeyi bildirildi və cəmiyyət narkotikdən istifadə adlı ağır cinayətlə mübarizəyə çağırıldı.
Bir daha sizə müraciət etmək istəyirəm, mənim övladlarım, mənim dostlarım, siz gələcək nəsilsiniz, bizim ölkənin sabahkı günüsünüz. Mən bu gün bizim ölkədə sizin söz və ifadə azadlğınıza heç bir təhlükə olmamasına dair birbaşa zəmanət verirəm.

İnsanın söz və ifadə azadlığının bizim üçün prioritet olmasını son saatlarda baş verən hadisələr də təsdiqlədi.

Məmbə: Netgazeti.ge
Print