Qaxaria: xalqın təhlükəsizliyi oriyentasiyasına və dininə baxmayaraq hər şeydən vacibdir
Daxili İşlər naziri Giorgi Qaxaria “bizim azadlığımız üçün” aksiyasının təşkilatçıarı ilə görüşdən sonra nümayişçilərdən üzr istəyib. Onun sözlərinə görə, o, yalnız öz adından deyil müəssisəsinin adından da üzr istəyir. Qaxariyanın dediyinə görə, yaranan vəziyyətdə hər vətəndaşın təhlükəsziliyi və sağlamlığı onların oriyentasiyasına və dininə baxmayaraq hər şeydən vacibdir.

“Hər bir vətəndaşın təhlükəsizliyi və sağlamlığı onların oriyentasiya və dini inancına baxmayaraq olduqca vacibdir. Eləcə də əlbəttə, Rustaveli prospektinə toplaşmış hər bir vətəndaşa müraciət etmək istəyirəm, biz hamımız çalışmalıyıq ki, azadlıq və söz haqqında dair əldə etdiyimiz uğurları qorumalıyıq. Vaxt itirəcəyimiz konfliktlərə girməyək. Bu dəqiqədən polisin tapşırıqlarına əməl edək sabah mənim vədlərimi nəzərə alaraq Tbilisiyə imkan verək ki, adi, iş günü ilə həyatına davam etsin. Siz bu ölkənin gələcəyisiniz və biz bilməliyik ki, bu gün küçədə duran hər kəs bu ölkənin gələcəyi üçün dəyərlidir”, - bildirib Qaxariya.

Mənbə: Netgazeti
Print