Səkkiz yaşlı uşaqları dilənməyə məcbur edən ər-arvad saxlanılıb - DİN
DİN-in məlumatına görə, Tbilisidə 2010-cu ildə anadan olmuş uşaqları xalqın sıx olduğu yerlərdə, o cümlədən, metro stansiyalarında dilənməyə məcbur edən ər-arvad saxlanılıb .

İstintaq nəticəsində aydın olub ki, ittiham olunan ər-arvad 2010-cu ildə anadan olmuş azyaşlı uşaqları qanunsuz olaraq əmək istismarına məruz qoyurdular. Onlar hədələməklə qız uşaqlarına psixoloji təsir göstərirdilər və Tbilisidə, Pekin küçəsində mövcud olan işıqfor yaxınlığıda, metro stansiyalarının girişində, yeraltı keçidlərdə və metro qatarlarının vaqonlarında dilənməyə məcbur edirdilər.

İstintaq onu da aydınlaşdırıb ki, trefikinq qurbanı olan uşaqların dilənərək pul yığması prosesinə A.M. nəzarət edirmiş. O, yığılmış pulları alırmış və həyat yoldaşı P.M.-ə verirmiş. Dilənməkdən imtina edən qızları P.M. hədələyirmiş və dilənməyə məcbur edirmi.

Saxlanılan şəıxslər həddi-büluğa çatmamış şəxslərin trefikinqində ittiham olunur. İttihamın sübuta yetirilməsi halında onları 17 ildən 20 ilədək azadlıqdan məhrumetmə, və ya ömürlük həbs cəzası gözləyir.







Mənbə:Netgazeti.ge
Print