Giorgi Marqvelaşvilinin 5 illik prezidentlik dövründə prezident iqamətgahının təmin edilməsinə təqribən 7,5 milyon lari xərclənib
Giorgi Marqvelaşvilinin 5 illik prezidentlik dövründə Avlabaridə yerləşən prezident iqamətgahının təminatına təqribən 7,5 milyon lari xərclənib. Giorgi marqvelaşvilinin 5 illik prezidentlik dövründə- 2013-cü ilin dekabrından 2018-ci ilin 1 avqustuna qədər Avlabarıdəki prezident iqamətgahının təminatına ümumilikdə 7 428 033 lari xərclənib. Bu haqda İPN tərəfindən Dövlət Mühafizəsi üzrə Xüsusi xidmətdən verilmiş rəsmi göstəricilərdə qeyd olunub.

Konkret olaraq, avlabari iqamətgahının təmin olunması zamanı ən çox xərc kommuna vergilərə düşüb. Daha konkret: 2014-cü ildə kommunal xərclər 693 979 larini, 2015-ci ildə - 818 787 lari, 2016-cı ildə 1 018 962 lari, 2017-ci ildə 1 042 463 lari. 2018-ci ilin 1 avqustuna qədər isə 446 113 larini təşkil edib. 2013-cü ilin dekabrında isə iqamətgahın kommunal xərci 77 984 lari olub. Qeyd edilməlidir ki, iqamətgahın kommunal xərclərə elektrik enerjisi, təbii qaz, su, generatorların yanacağı və tikililərə, eləcə də ətraf əraziyə qulluq/təmizləmə xərci daxildir.

Maaşa gəldikdə isə iqamətgaha xidmət məqsədi ilə 1 927 214 lari maaş verilib. Həmçinin, 2015,2016 və 2017-ci illərdə 95 594 lari dəyərində premiya verilib. 2018-ci ilin 1 avqustuna qədər olan dövrdə isə əlavə olaraq 15 023 lari xərclənib.

Bundan əlavə 2014,2015,2016,2017-ci illərdə ümumilikdə 931 522 lari xərclənib. 2018-ci ilin 1 avqustuna qədər olan dövrdə isə bu baxımdan indiyə kimi 18 003 lari sərf olunub.
2014 və 2015-ci illərdə prezident iqamətgahında eləcə də təməlli təmir işi aparılıb. Ümumilikdə buna 106 135 lari xərclənib.

Mənbə: ipn. ge

Print