Tamar Çuqoşvili - Siyasi Şuranın iclasının bazar günü keçirilməsi gözlənilir ki, burada da prezidentliyə namizədlə bağlı mövqemizi müəyyənləşdirəcəyik

“Siyasi Şuranın iclası güman ki, bazar günü keçiriləcək və görüşdə prezidentliyə namizəd ilə bağlı bir mövqe formalaşdıracağıq”.

Bu barədə jurnalistlərə açıqlamasında parlamentin birinci vitse-spikeri Tamar Çuqoşvili bildirib.

Onun sözlərinə görə, partiya elan etdiyi plana uyğun hərəkət edir.

"Sabah prezidentliyə namizədlərin qeydiyyat tarixi sona çatır, buna görə də bazar günü siyasi şuranın iclası keçiriləcək və biz bu görüşdə mövqeyimizi müəyyənləşdirəcəyik. Bildiyiniz kimi, bu seçkilərlə bağlı mövqelər fərqli idi, buna görə də Siyasi Şuranın görüşündə seçki kampaniyasnda hansı formada iştirak edəcəyimizə qərar verəcəyik. Biz qeyd etmişdik ki, namizədlərin qeydiyyat müddəti başa çatdıqdan və kimin qeydiyyatdan keçdiyini gördükdən qərar qəbul edəcəyik. Necə planlaşdırmışdıqsa, elə də davam edirik",
- Çuqoşvili bildirib.

Namizədə maliyyə dəstəyinin necə göstəriləcəyi ilə bağlı suala Tamar Çuqoşvili hər şey qanun çərçivəsində olacaq deyə cavab verdi.

"Qanun bizə bizim nömrəmizlə iştirak etməyən bir namizədi necə dəstəkləmək imkanı verirsə. Biz yalnız qanunla nəzərdə tutulmuş çərçivədə iştirak edəcəyik, bundan kənara çıxmayacağıq", - deyə Çuqoşvili bildirib.

 

Mənbə: İnterPressNews

 

Print