İndi mübarizə vaxtıdır, həlledici dövr çatır – Saakaşvilinin yeni müraciəti
Mixeil Saakaşvili rəsmi Facebook səhifəsində yeni müraciət yayımlayıb və "indi çox danışmaq zamanı deyil və həlledici mübarizə dövrü çatıb" deyə Birləşmiş Müxalifətin dəstəkçilərinə müraciət edib. indi çox danışmaq zamanı deyil və həlledici mübarizə dövrü çatıb.
“Xalqa demək istəyirəm ki, indi matəm vaxtı deyil. İndi təşkilatçılığın və mübarizəni davam etdirməyin zamanıdır. Biz öz vətənimizi itiririk. Belə ki, əminəm indi yalnız əllərimizi aşağı salmaq vaxtı deyil, həlledici dövr çatır: saat 18:00-da filarmoniyada Birləşmiş Müxalifət müzakirə aparacaq və mən də hələlik skype ilə qoşulacağam. Hamı bir yerdə düşünək və bundan sonra hara gedəcəyimizə dəqiq qərar verək”- Gürcüstanın üçüncü prezidenti dəstəkçilərinə müraciət edib.

Bu gün, Tbilisi vaxtı ilə saat 18:00-da Birləşmiş Müxalifətin üzvləri və dəstəkçiləri Tbilisinin konsert zalına toplaşacaqlar. Qriqol Vaşadze və başqa liderlər öz planlarını dəstəkçilərə filarmoniyada təqdim edəcəklər.

Ön məlumata görə, birləşmiş müxalifətin namizədi Qriqol Vaşadze səslərin 40,48%-ni (780 633), idarəçi komanda tərəfindən dəstəklənən Salome Zurabişvili isə 59,52% (1 147 627) səs toplayıb.

Print Email
FaceBook Twitter Google