"Gürcü Arzusu"-nun ofisində gizli görüş - Marneulinin keçmiş meri Bidzina İvanişvili ilə görüşüb
"Gürcü Arzusu"-nun məmuru, ləyaqəti təhqir etmə və təhqiredici yanaşmada ittiham olunan Marneulinin keçmiş meri siyasətə qayıda bilər. Həbsxanadan girovla azad olunan Marneulinin keçmiş meri Teymuraz Abazov "Gürcü Arzusu"-nun ofisində gizli görüşdə olub. "Kurierin" araşdırmasına görə Temur Abazov partiya sədri ilə şəxsən görüşüb və bu gizli görüşdə baş nazir də iştirak edirmiş. Ofisdən çıxan partiya üzvləri Abazovun səfərini təsdiqləmirlər.

Bələdiyyə sədri deyir ki, görüş Kaxa Kaladze ilə keçirilib.

"Bilmirəm, ofisdə görməmişəm. Bizim şəhərin meri ilə iş görüşümüz var idi" - deyir Giorgi Tğemaladze.

Parlament çoxluğunun üzvləri Abazovun siyasətə qayıdıb qayıtmayacağının müzakirə ediləcəyini konkret qeyd etmirlər. Eka Beselia deyir ki, Abazovun siyasi aktivlik istəyi varsa bunu heç kim qadağan edə bilməz.

"Bu işin hüquqi detallarını bilmirəm. Amma əgər o, siyasi aktivlik etmək istəyirsə bu onun konstitusional hüququdur və heç kim qadağan edə bilməz. Bu adamla bağlı heç bir söhbətim olmayıb. Onun işində olan detalları da bilmirəm" - deyir Eka Beselia.

Çoxluğun daha bir üzvü deyir ki, Teymuraz Abazovun başına insani faciə gəlib. Qia Volskinin sözlərinə görə onun hərəkətləri hüquqi normalardan kənara çıxırmış.

"Düşünmürəm ki, mövzu partiya əhatəsində müzakirə olunsun. Amma düşünürəm ki, cinayət və pozuntu olduqca vacib məsələdir. Bu "Gürcü Arzusuna" yaraşmır" - deyir Qia Volski.

Mənbə: rustavi2
Print Email
FaceBook Twitter Google