Vəkilin sözlərinə görə Davit Kirkitadze aclıq elan edib
Vəkil Giorgi Kondaxaşvilinin sözlərinə görə, Davit Kirkitadze aclıq elan edib. Vəkil bu haqda jurnalistlərə Kirkitadzeni təcridxanada ziyarət etdikdən sonra bildirib.

Vəkil jurnalistlərə izah edib ki, Davit Kirkitadze həbsini siyasi təqib kimi qiymətləndirir və onun tərəfindən polisin hansısa nümayəndəsinə qarşı zorakılıq ittihamını qəti şəkildə təkzib edir.

Vəkilin qdəyərləndirməsinə görə, Kirkitadzenin işi ilə bağlı istintaq başlanılan maddənin hüquqi tərkibi uyğun deyil, çünki Davit Kirkitadzenin izahatına görə, qarşıdurma zamanı o, özünün konstitusional hüququnu həyata keçirirmiş və qoruyurmuş.

“Təfərrüatları müdafiəm altında olan şəxslə məsləhətləşdikdən sonra bildirəcəm. O, əlbəttə iddia edilən cinayəti qəbul etmir. Onun ittihamı hüquqi baxımdan cəfəngiyyatdır” - Giorgi Kondaxaşvili bildirib.

VMH-ın liderlərindən biri Davit Kirkitadze 17 dekabrda saxlanılıb.

Mənbə: Netgazeti
Print Email
FaceBook Twitter Google