Kobaxidze Avaqyanın büstü ilə bağlı Süleymanova belə cavab verdi
Doqquzuncu çağırış parlamentin 2019-cu il yay sessiyası çalışmağa başlayıb. Patlament üzvü Azər Süleymanov proporsional siyahı ilə Milli Hərəkat partiyasını təmsil edir. O, parlament sədri İrakli Kobaxidzeyə Axalkalakidə Qarabağ müharibəsində iştirak etmiş Mixail Avakyanın büstünün götürülməsi vaxtı haqqında sual verib.

"Cənab İrakli bir neçə gün əvvəl Axalkalakidə azərbaycan xalqının düşməni, separatçılardan biri olan Avakyanın abidəsinin açılışı olub. İctimaiyyətdə çox ciddi ajiotaj yarandı. İlk növbədə bu Gürcüstana qarşı məqsədyönlü provokasiya idi. Çox maraqlı faktdır ki, bu təbirdə sizin partiyanın deputatları, merlər, bələdiyyə məclisi sədrləri və yerli hakimiyyət nüayəndələri iştirak ediblər. Bu abidənin açılışı məhz 20 yanvarda oldu. Bu gün dünya azərbaycanlılarının matəm günü idi. Məndə olan məlumata görə abdiənin açılışında Ermənistanın səfiri də iştirak edib. Həmin Avakyan Azərbaycanın düşməni, eyni zamanda Rusiya vətəndaşı olub. Onun əli azərbaycan xalqının qanına bulaşıb. Xocalı faciəsi, Xocalı soyqırımı hamıya yaxşı məlumdur. Bu adam birbaşa Xocalı soyqırımına qoşulmuş adamdır. Mənə birbaşa sənin qiymətləndirmən maraqlıdır. Bu abidənin demontajı nə zaman olacaq? Bu bizim cəmiyyətin marağı və bizim şəxsi xahişimizdir. Gürcüstan azərbaycanlılarının düşmanı olan bu şəxsin abidəsinin demontajı nə zaman olacaq? Çox sağ olun" - deputat Azər Süleymanov dedi.


Parlamentin 2019-cu ilin ilk sessiyasında Parlamentin Marneulidən seçilmiş üzvü Azər Süleymanovun Axalkalakidə Qarabağ müharibəsinin iştirakçısı Mixeil Avaqyanın heykəlinin nə vaxt söküləcəyi ilə bağlı sualına Parlament sədri İrakli Kobaxidze belə cavab verdi:

İrakli Kobaxidze ciddi narahatlıq yaradan Axalkalaki məsələsini anlaşılmamazlıq olaraq qiymətləndirib:

“Axalkalaki məsələsinə gəlincə, bu bizim hər birimiz üçün narahatlıq yaradan vəziyyət idi. Əlbəttə, Gürcüstan dövlətinin bizim qonşu dövlətlərlə münasibətdə aydın mövqeyi var. Biz, əlbəttə, qonşu dövlətlərimizin maraqlarına hörmət edirik və bu maraqlara müvafiq olaraq hərəkət edirik. Ehtiyac olarsa və buna ehtiyac da var, bizim həmkarlarımızla məsləhətləşmələrimiz olacaq. Azərbaycanlı həmkarlarımızla məsləhətləşmələrimiz var və birlikdə qonşuluqda sülh şəraitinin qorunması üçün münasib qərar qəbul edəcəyik” – parlamentin sədri İrakli Kobaxidze dedi.


Bu gün, 5 fevral tarixində Tbilisidə parlament qarşısında etiraz aksiyası baş tutmalı idi. İştirakçılar Qarabağ müharibəsində iştirak etmiş Mixail Avakyanın abidəsinin demontajını tələb edəcəkdilər. 5 fevralda gecə saatlarında (01:30) təşkilatçılardan biri facebook sosial şəbəkəsində aksiyanın keçirilməsini ləğv edib. Səbəb olaraq isə Tbilisi meriyasının aksiyanı keçirməyə icazə vermədiyini deyib.

Tbilisi meriyasının vətəndaşa dinc şəkildə nümayiş etməyi qadağan etmək hüququ yoxdur və bu haqda məlumatı bizə Tbilisi meriyasından təsdiqlədilər. Ancaq konkret olaraq bu məsələ ilə bağlı müsahibə vermək istəmədilər.

Xatırladaq ki, 20 yanvarda Axalkalakinin Buğaşen kəndində Qarabağ müharibəsində iştirak etmiş Mixail Avakyanın yenilənmiş büstünün açılışı baş tutub. Təntənəli açılışda “Gürcü Arzusunun” deputatları və Ermənistanın Gürcüstandakı səfiri də iştirak edirmiş.

Print Email
FaceBook Twitter Google