Əgər Murusidze pis idi və bu gün yaxşıdırsa mən də düzələ bilərəm? - Nika Meliya
“Sizdən
soruşuram mən niyə pisəm - əgər Murusidze pis idi və bu gün
yaxşıdırsa mən də düzələ
bilərəm?”
–
Vahid Milli Hərəkatın lideri Nika Meliya “Tv Pirvelinin” efirində
“Reaksiya” verlişində bildirib.
“Bu gün baş verəni sən cinayət hesab etmirsənsə və 2006-cı ildən
danışırsansa, Murusidzeni yaxşı insan olaraq xatırlayırsansa,
səmimi deyilsən. Vahid Milli Hərəkat 2012-ci ildə hakimiyyətdə öz
mövcudluğunu başa vurdu və həmin adamların yarıdan çoxu bu gün
Gürcü Arzusundadırlar” – Meliya bildirib.
Onun sözlərinə görə, Gürcü Arzusunun 12 deputatı keçmiş
hakimiyyətin təmsilçiləridirlər.
“Murusidze, Bedukidze, Çinçaladze və keçmiş
hakimiyyətin yarısı bu gün Gürcü Arzusundadır. Sadəcə ən azı keçən
illəri tənqid etmək qeyri-səmimidir və mən bunu qəbul
etməyəcəyəm” - Meliya bildirib.
Gürcüstan parlamentinin sədri məhkəmə sistemi ilə bağlı danışarkən
dəfələrlə deyib ki, məhkəmə sistemində davamlı problemlər 2012-ci
ilə qədər həqiqətən də var idi və “bütün məhkəmə sistemi
Adeişviliyə tabe idi”, ancaq həmin kadrların məhkəmə korpusunda
qalmasını problem hesab etmədilər.
“2012-ci ilə qədər kütləvi şəkildə pis işlər törədən
adamlar indi yaxşı işlər görürlər” – İrakli Kobaxidze
hakimlərin siyahısı haqqında danışarkən 2019-cu ilin 5 fevralında
verlişdə bildirib.